8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb. Növbəti il üçün isə daha bir böyük sosial paketin həyata keçirilməsi nəzərdə tutulur. Bəs son illər ərzində həyata keçirilən islahatlar gəlirlərə nə dərəcədə təsir edib və 2027-ci ildə vətəndaşları hansı dəyişikliklər gözləyə bilər?
azxeber.com xəbər verir ki, 2018–2025-ci illərdə Azərbaycanda beş sosial islahat paketi həyata keçirilib. Ümumilikdə 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə illik əlavə maliyyə vəsaitinin həcmi 7,6 milyard manata çatıb.
Sosial islahatların əsas mərhələlərindən biri 2019-cu il olub. Həmin il iki mərhələdə geniş sosial paket həyata keçirilib. Minimum aylıq əməkhaqqı əvvəlcə 130 manatdan 180 manata, daha sonra isə 250 manata yüksəldilib. Bununla yanaşı, minimum pensiya, müavinət və təqaüdlərdə də artımlar aparılıb. Sonrakı illərdə də bu istiqamətdə tədbirlər davam etdirilib.
2022-ci ildə minimum əməkhaqqı 300 manata, minimum pensiya isə 240 manata çatdırılıb. 2023-cü ildə minimum əməkhaqqı 345 manat, minimum pensiya 280 manat müəyyən edilib. 2025-ci ildə isə minimum əməkhaqqı 400 manata, minimum pensiya 320 manata yüksəldilib. Həmin il müavinət və təqaüdlərin məbləğlərində də artımlar həyata keçirilib.
Beləliklə, 2018-ci ildən 2025-ci ilədək minimum əməkhaqqı 130 manatdan 400 manata yüksələrək 3,1 dəfə, minimum pensiya isə 110 manatdan 320 manata çataraq təxminən üç dəfə artıb. Eyni dövrdə orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait isə beş dəfə artıb.
Diqqətçəkən digər məqam isə 2025-ci ildə həyata keçirilən beşinci sosial islahat paketinin əhatə dairəsidir. Həmin paket çərçivəsində minimum əməkhaqqı və pensiyaların artırılması ilə yanaşı, sosial müavinətlər, Prezident təqaüdləri və fəxri adlara görə təqaüdlər də yüksəldilib. Tələbə təqaüdlərində də artımlar həyata keçirilib.
2027-ci ildə isə növbəti sosial paketin reallaşdırılması gözlənilir. Maliyyə naziri Sahil Babayev Milli Məclisin komitələrinin birgə iclasında bildirib ki, gələn il Azərbaycanda böyük sosial paket həyata keçiriləcək. Onun sözlərinə görə, paketin icrası üçün maliyyə təminatı dövlət büdcəsində ehtiyat vəsait kimi nəzərdə tutulub. Hökumət tərəfindən hazırlanan təkliflər yekunlaşdırılaraq Prezidentə təqdim edildikdən və müvafiq sərəncam və fərmanlar imzalandıqdan sonra vəsaitlərin bölgüsü aparılacaq.
2027-ci ilin dövlət büdcəsinin layihəsində sosialyönümlü xərclərin 18,7 milyard manat təşkil etməsi proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur. Sosialyönümlü xərclərin dövlət büdcəsindəki payının 44,2 faizə yüksəlməsi gözlənilir. Əhalinin sosial müdafiəsi və sosial təminatı xərcləri üçün isə 4 milyard 914 milyon manat nəzərdə tutulub.
Bununla yanaşı, müavinət, təqaüd və kompensasiyalar istiqaməti üzrə 2,2 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı üçün isə 470 milyon manat vəsait proqnozlaşdırılıb.
Bununla belə, 2027-ci ildə həyata keçiriləcək yeni sosial paketin konkret olaraq hansı əhali qruplarını əhatə edəcəyi, minimum əməkhaqqı, pensiya və müavinətlərin nə qədər artırılacağı hələlik açıqlanmayıb. Bu baxımdan, əvvəlki sosial paketlərin nəticələri ilə yanaşı, qarşıdakı islahatların əhalinin real gəlirlərinə və alıcılıq qabiliyyətinə mümkün təsiri də diqqət mərkəzindədir.
Aynur Babazadə

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Nuran yeni layihəsini təqdim etdi
Prezident polşalı həmkarına məktub göndərdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
Şimali Kiprin tanınması üçün... - Ərdoğan