Bakıda bıçaqlanan 31 yaşlı kişi xəstəxanada ölüb, tanışı tutulub
Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon prokurorluğundan apa-ya verilən məlumata görə, aparılmış istintaqla 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Anar Quliyevin yaşadığı evin yaxınlığında tanışı Rəhman Qəhrəmanovla əlbəyaxa dava zamanı bıçaqlandığı bildirilib. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR