Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı
Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentliyin müfəttişləri paytaxtın Binəqədi, Xəzər, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən bir sıra dönər satışı obyektlərində növbəti plandankənar yoxlamalar həyata keçiriblər.
Monitorinqlər çərçivəsində həmin iaşə müəssisələrində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabları nəticəsində müxtəlif bakteriyalar və digər normativ tələblərin pozulması halları aşkarlanıb.
Uyğunsuzluq müəyyən edilmiş aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:
- Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesi, ev 3H ünvanında fəaliyyət göstərən "Manqal Dönər";
- Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu, Vaqif küçəsində fəaliyyət göstərən "Dönəriyyo";
- Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən "Akdeniz" dönərxanası;
- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, "Q" yaşayış sahəsində fəaliyyət göstərən "Dönərio".
Adları açıqlanan dönərxanalarda aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb. Həmçinin qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR