Bakıda bu il sənaye istehsalı 68 mlrd. manatı ötdü
Bu ilin yanvar-avqust aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 68,1 milyard manat təşkil edib.
KONKRET.az xəbər verir ki, Bakı Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 89,6 faizi mədənçıxarma, 9 faizi emal, 1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 93,3 faiz olub.
"İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 96,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 3,5 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2022-ci il vəziyyətinə 403,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub", – məlumatda qeyd olunur.
Məlumata görə, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.//APA
Turlar.az [newsid: 0-123300]

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari
"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Ramil Şeydayev Rusiya klubuna keçə bilər
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Brent neftinin qiyməti 73,75 dollara düşdü
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, yaralılar var
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi
Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı