Bakıda Çin vətəndaşı həmyerlisini niyə öldürüb? - TƏFƏRRÜAT
Bakıda Çin vətəndaşının öz həmyerlisi tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatı üzə çıxıb.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Yuan Tiangangın 48 yaşlı Pan Yuan Liangı qısqanclıq səbəbindən öldürməsi müəyyən edilib.
Bildirilib ki, Bakıya işləmək məqsədilə gəlmiş Çin Xalq Respublikasının vətəndaşları Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada yaşayıblar. 40 yaşlı Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalırmış. İyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Panın onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, əsəbi halda Panın baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib.
Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Pan Yuan Liangı dindirmək mümkün olmayıb. 4 gün müddətində reanimasiyada qalan şəxs iyulun 18-də vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir.
Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ