Bakıda daha 150 bina söküləcək?

Bakıda daha 150 bina söküləcək?Bir neçə gündür sosial şəbəkə və bəzi KİV-də Bakıda tramvay xəttinin çəkilməsi məsələsi yenidən gündəmə gəlib. Yayılan məlumatlarda qeyd edilir ki, tramvay xəttinin çəkiləcəyi bəzi ərazilərdə 150 və daha artıq bina söküləcək, torpaq və daşınmaz əmlak tapmaq mümkün olmayacaq.
KONKRET.az məsələ ilə bağlı Trend-in suallarını cavablayan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov qeyd edib ki, Bakıda şəhərətrafı qəsəbələri birləşdirmək məqsədilə tramvay xəttinin çəkilməsi müzakirə olunurdu.
"O ki qaldı bununla bağlı binaların sökülməsi məsələsinə, bəli, ümumilikdə doqquz və beşmərtəbəli köhnə binaların sökülməsi lazımdır. Amma hansı resursların hesabına? Doqquzmərtəbəli binanı söküb yerində yeni bina tikmək, ümumiyyətlə, sərf etmir və birbaşa zərərdir. Beşmərtəbəli binalar isə o zaman sərf edər ki, onlar yol kənarında yerləşir və baha qiymətə satılır", – deyə o əlavə edib.
Ekspert sosial şəbəkələrdə və bir sıra KİV-də yayılan 112 min tikilinin kütləvi söküntüsünə dair iddialara münasibət bildirərkən qeyd edib ki, 30 il ərzində təxminən Bakı şəhərində 10-15 beşmərtəbəli bina sökülüb.
"Digər binaların sökülməsi, ümumiyyətlə, sərfəli deyil. Bu məsələ tikinti şirkətlərinin üzərinə düşür. 2018-ci ildən sonra inşaat normativləri dəyişib. İnşaat həcmi iki dəfə azalıb. İnşaat şirkətlərinə çoxmənzilli binanı sökərək yeni yaşayış kompleksi tikmək sərf etmir. Ölkədə cəmi 100-ə yaxın tikinti şirkəti var. Onların da bu qədər resursu yoxdur. Amma binalar getdikcə qəzalı vəziyyətə yaxınlaşır".
Ekspert əlavə edib ki, artıq tikinti şirkətləri bina inşa etmək üçün torpaq tapa bilmir.
"Baxmayaraq ki, sayı çox olmasa da bir neçə torpaq sahəsi var, lakin onların sənədi də düzgün deyil. Bu da son illər daşınmaz əmlakın bahalaşmasına səbəb olub", – deyə o əlavə edib.

Sosial       Tarix: 09 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler son xeberler bu gun xəbərlər.com sonxeber az