İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"
"Armeniya" blokundan parlament üzvü İşxan Saqatelyan ölkədəki mövcud siyasi kursu və hakimiyyətin xarici siyasət xəttini kəskin şəkildə tənqid edib.
KONKRET.azxəbər verir ki, bu barədə ermənilərə məxsus Telegram kanalı yazıb.
Saqatelyan bəyan edib ki, Nikol Paşinyanın yürütdüyü siyasət nəticəsində Ermənistan ciddi fəsadlarla nəticələnə biləcək ağır dalana dirənib:
"Aydındır ki, Rusiya bazasının Ermənistandan çıxarılması üçün hər şey ediləcək. Nikol Paşinyanın Ermənistanda Rusiya təsirini sıfırlamaq, o cümlədən hərbi bazanı ölkədən çıxarmaq öhdəliyi var – onu türk bazası ilə əvəzləmək üçün. Proses məhz bundan ibarətdir".
Deputat qeyd edib ki, Rusiyaya ünvanlanan mesajlar kifayət qədər sərt olub: əgər baza ilə bağlı şantaj cəhdləri olarsa, onu dərhal çıxaracaqlar. Saqatelyan hakimiyyəti ölkəni daha ağır və miqyaslı avantüraya sürükləməkdə ittiham edərək vurğulayıb ki, baş nazir öz öhdəliklərini yerinə yetirməyə çalışır, lakin bunun bədəlini xalq ödəyir.
Ağagül Mürsəlov,
KONKRET.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı