Bakıda DƏHŞƏT: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü
Bakıda ər arvadına işgəncələr verib.
Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda baş verib. Rayon sakini olan 40 yaşlı A.C. Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Məlumata əsasən, A.C. arvadı 41 yaşlı L.Q.-ni müxtəlif səbəblərlə döyərək işgəncələr verib. Belə ki, birinci dəfə qadın ərindən 100 manat pulu gizlədib. Bunu öyrənən ər arvadını təpikləyərək döyüb.
Tərəflərin növbəti münaqişəsi telefona cavab verməmək üstündə yaranıb. Qadının zəngə cavab verməməsindən hiddətlənən kişi evə gələrək arvadını həyətdə görüb. Onu oradaca soyundurub və əllərini toyuq hininə bağlayıb. Soyundurduğu paltarı qadının ağzına basaraq, onu döyüb. Aldığı zərbələrin təsirindən qadının huşu özündən gedib. Ancaq ər yenidən onu ayıldaraq, döyməyə davam edib.
Məlumata görə, cütlüyün bir övladı var.
Qadın gördüyü işgəncələr barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən sonra tədbirlər görülməyə başlanılıb və kişi barəsində "işgəncə, əzab vermə" maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirkar A.C. barəsində ev dustaqlığı haqqında qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Xəzər Rayon Məhkəməsində araşdırmalar davam edir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat