Bakıda dəhşətli cinayət: Taksi sürücüsü müştərisi ilə sevgili oldu, azyaşlı qızına təcavüz etdi

Bakıda dəhşətli cinayət: Taksi sürücüsü müştərisi ilə sevgili oldu, azyaşlı qızına təcavüz etdiBakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Cəlil yetkinlik yaşına çatmayan Nəzrinlə (adlar şərti göstərilib - red.) cinsi əlaqədə olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlil qeyri-rəsmi yaşadığı Nərminəyə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlı zavodun yaxınlığında yerləşən fərdi yaşayış evinə gəlib. O, cinsi ehtirasını təmin etmək məqsədilə razılıq əsasında, onun on altı yaşına çatmadığı qızı, 2008-ci il təvəllüdlü Nəzrinlə təbii yolla cinsi əlaqədə olub.
Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, taksi kimi işləyən zaman Nərminə ilə tanış olub:
"Sonradan aramızda qeyri-rəsmi münasibətlərimiz yarandı. Nərminənin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlı zavodun yaxınlığında yerləşən fərdi yaşayış evinə gedib onunla cinsi əlaqədə olmuşam. Nərminənin Nəzrin adlı qızı və azyaşlı oğlu olub.
"WhatsApp" proqramı vasitəsilə ara-sıra Nəzrin ilə yazışmışam. Müharibə vaxtı başımdan travma aldığımdan nə baş verdiyini dəqiq xatırlamıram. Nəzrinin 16 yaşı olmadığını bilmişəm. Lakin yaxınlıqlarımız olsa da, Nəzrin ilə cinsi əlaqədə olmamışam. Özüm "Vətən müharibəsi" veteranıyam".
İş üzrə zərərçəkmiş Nəzrinin sözlərinə görə, Cəlil anası Nərminə ilə qeyri-rəsmi yaşayıb:
"Cəlil bizim yaşadığ;mız Binə qəsəbəsi, Bakavtomat yolunda olan fərdi yaşayış evinə gəlib-gedib. Cəlil ilə ara-sıra "WhatsApp" vasitəsilə danışmışıq. Sonradan Cəlil ilə intim söhbətlər etməyə başladıq. Bir müddət sonra Cəlil mənimlə cinsi əlaqədə olmağı təklif etdi.
Mən də etiraz etmədim. Anam evdə olmayanda Cəlil bizə gəldi. Anamın yataq otağında, öz razılığım əsasında Cəlil ilə bir dəfə təbii yolla cinsi əlaqədə oldum. Cəlil mənim 16 yaşıma çatmadığımı bilib. Hazırda ona qarşı heç bir şikayətim və tələbim yoxdur".
İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Nəzrinin anası Nərminənin ifadəsinə görə, Cəlil ilə hadisədən bir neçə ay əvvəl tanış olub:
"Mən "Bolt" şirkətindən taksi sifariş etdim. Həmin vaxt tanış olduq. Bundan sonra Cəlil mütəmadi olaraq yaşadığım fərdi yaşayış evinə gələrək bizdə qalıb.
Mənimlə bir neçə dəfə cinsi əlaqədə olub. Son zamanlar onun qızım Nəzrin ilə isti münasibətlərini gördüm və şübhələnməyə başladım. Cəlil tez-tez qızım Nəzrinə zəng edirmiş və yazırmış.
Qızımın mobil telefonunu əlindən alıb baxan zaman şahidi oldum ki, Cəlil qızımla cinsi əlaqədə olub və onu yenidən intim münasibətdə olmağa dəvət edir. Cəlillə qızımın adı ilə "WhatsApp" vasitəsilə yazışdım. Tam əmin olandan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdim".
Nərminə ifadəsinə əlavə olaraq bildirib ki, yazışmanı görəndə həyəcanlanıb və hüquq-mühafizə orqanlarına necə məlumat verdiyini bilməyib:
"Lakin sonradan mənə məlum oldu ki, Cəlil qızımla onun razılığı ilə cinsi əlaqədə olub. Sonradan Cəlil tərəfindən qızıma dəymiş ziyan tam olaraq ödənilib".
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlil 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından dərhal həbs edilib.
Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 2024-cü il mayın 27-dən hesablanması qərara alınıb. / azxeber.com

Sosial       Tarix: 10 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün sonxabar kriminal cəbhədən son məlumatlar