Bakıda dəhşətli qəza törədən "Toyota"nın sürücüsü görün kimin nəvəsi İMİŞ

Bakıda dəhşətli qəza törədən Bakının Zığ-Hava limanı yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.
KONKRET.az xəbər verir ki, toydan çıxan Bakı şəhər sakinləri – 1984-cü il təvəllüdlü Samir Məmmədov, 1986-cı il təvəllüdlü Elvin Əsgərov və 1965-ci il təvəllüdlü Azad Əhmədov Əhmədli qəsəbəsində olarkən, Azad Əhmədovun tanışı ona zəng vurub.
Yük avtomobili idarə edən həmin şəxs Azad Əhədovdan kömək istəyib. Bildirib ki, avtomobilinin yanacağı bitib, ona yanacaq alıb gətirmək lazımdır. Azad, Samir və Elvin taksi ilə həmin əraziyə gəliblər. Onlar hadisə yerində düşüb taksi sürücüsündən xahiş ediblər ki, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən avtomobil üçün yanacaq alsın. Taksi sürücüsü də onları düşürdükdən sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Bu vaxt 2002-ci il təvəllüdlü Elmir Qubadov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan həmin üç nəfəri vurub, daha sonra isə yük avtomobilinə çırpılıb. Bundan sonra avtomobil yanıb.
Məlumata görə, E.Qubadov hadisə zamanı sərxoş olub. O, tanışı olan qadınla restoranda yeyib-içəndən sonra sərxoş vəziyyətdə avtomobili idarə etməyə başlayıb və nəticədə ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan qadın da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumatda o da qeyd edilir ki, hadisəni törədən E.Qubadov imkanlı şəxsdir və onun babası Bakıda nüfuzlu şəxslərdən biridir.
Xatırladaq ki, aprelin 13-də gecə saat 2 radələrində Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ-Hava limanı yolunda 2002-ci il təvəllüdlü Elmir Qubadov "Toyota Corolla" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan üç nəfəri vurub və yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində "Toyota" markalı avtomobil yanıb. Qəza zamanı 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib./Oxu.az

Hadisə       Tarix: 15 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Mərdəkanda üç nəfər kafe sahibini döydü, pilləkəni sındırdı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifovun (hər üç şəxsin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı, 3 nəfərin axtarışları davam edir

Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altından 1 nəfərin meyitinin tapıldığını açıqlayıb. Daha 3 nəfərin axtarışları davam edir. azərtac-a istinadən xəbər verir ki, dağıntıları

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı

İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli binanın ilk 3 mərtəbəsinin çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 1

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto

Masazır-Novxanı yolunun Masazır qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına  görə, hadisə zamanı "KIA" markalı minik avtomobili motosikletlə toqquşub. Qəza nəticəsində motosikletd

Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 44 yaşlı kişi bıçaqlanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Elşad Məmmədov kəsilmiş-deşilmiş xəsarətləri alıb. Hadisəni törədən şəxsin saxlanılması istiqamətind


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes bu gune olan xeberler en son xeberleri cebheden xeber