Bakıda doğulan, Şuşanı işğal edən erməni general öldü

Bakıda doğulan, Şuşanı işğal edən erməni general öldüErmənistan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Leonid Martirosov ölüb.
KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Leonid Martirosov 1939-cu ildə Bakıda anadan olub. O, 1961-ci ildə Tbilisi Ali Artilleriya Hərbi Məktəbini, 1975-ci ildə isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib.
Martirosov 1961–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya və Orta Asiya hərbi dairələrində, eləcə də Şərqi Almaniyada yerləşən sovet qoşun qrupunda xidmət edib. Həmin dövrdə briqada komandirinin müavini, briqada komandiri, Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun qərargah rəisi vəzifələrində çalışıb.
1988–1992-ci illərdə Ermənistan Müdafiə Komitəsinin əməliyyat şöbəsinin baş zabiti, 1992–1993-cü illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsi rəisinin müavini, 1993–1997-ci illərdə isə həmin idarənin rəisi olub.
L.Martirosov 1991–2000-ci illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini, 2000–2014-cü illərdə isə Ermənistanın baş hərbi müfəttişinin birinci müavini vəzifələrində işləyib.
O, Ermənistanın sərhədyanı ərazilərində və Azərbaycanın Qarabağ bölgəsinin müxtəlif ərazilərində, o cümlədən Şuşada gedən döyüşlərdə iştirak edib.
"Şuşa və Ağdərə uğrunda döyüşlərdə aktiv iştirak etmişəm",-deyə Martirosov işğal dövründı mətbuata açıqlamasında bildirmişdi. O, məhz Şuşa əməliyyatındakı aktiv yoluna görə general-mayor rütbəsi almışdı.
Leonid Martirosov Şuşanın kiçik modelinin hazırlanması və şəhərə hücumun planlaşdırmasını təşkil etmişdi. "Dağlarda toy" adı verilən əməliyyatın hazırlanmasında Martisovla yanaşı, əməliyyatın rəhbəri Arkadi Ter-Tadevosyan, Serj Sarkisyan, Robert Köçəryan, Samvel Babayan, Seyran Ohanyan, Valeri Çitçyan və Arkadi Karapetyan da iştirak etmişdi.
2014-cü il noyabrında Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın sərəncamı ilə Ermənistan Hərbi İnspeksiya İdarəsi rəisinini birinci müavini, general-leytenant Leonid Martirosov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilmişdi.
Leonid Martirosov təqaüddə olanda hər il mayın 9-da Şuşanın işğalının ildönümündə keçirilən tədbirlərdə aktiv iştirak edirdi.

Hadisə       Tarix: 24 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə zəlzələ oldu

Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 13, 61 km dərinlikdə qeyd

"Şevrolet Niva" dərəyə aşdı: ölən var

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Samuxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb. İdarədən -a verilən məlumata görə, noyabrın 17-si saat 19:00 radələrində Samux rayonunun Qədili kəndində, mürəkkəb relyef

Nərman Qocatürk evində ölü tapıldı

Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəli şəkildə vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun meyiti noyabrı

Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var - FOTO

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını il

Bakıda sürüşmə baş verdi - Təxliyə tələb edilir

Paytaxtın Səbail rayonunda Badamdar sürüşmə sahəsinə (Badamdar şosesi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən baxış keçirilib. Növbəti vizual baxış zamanı ərazid

Oğurladığı "Red Bull"ları üçqat ucuzuna satmışdı - 23 sutkalıq həbs edildi

Bakıda marketdən oğurluq edən şəxs həbs edilib. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Belə ki, gecə saat 00:00 radələrində Bəhruz Nuriyev küçəsindəki marketdən 54 manat dəyərində ola

Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi

Şəkidə 4 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Sabit Rəhman küçəsində baş verib. Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəy

23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi

Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı digər detallar da məlum olub. -a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə anası onu tərk edib. Məlumata görə

Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı

Slovakiyanın qərbindəki Modra şəhərində pedaqoji məktəbdə zərərli maddənin sızması səbəbindən 40 nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə TASR məlumat yayıb. Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunu


son xeberler yeni xeberler azerbaycan xeberleri en sonxeber kriminal dunya xeberleri valyuta mezennesi banklar