"Şevrolet Niva" dərəyə aşdı: ölən var

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Samuxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
İdarədən KONKRET.az-a verilən məlumata görə, noyabrın 17-si saat 19:00 radələrində Samux rayonunun Qədili kəndində, mürəkkəb relyefə malik ərazidən keçən yolda "Şevrolet Niva" markalı avtomobillə hərəkətdə olan İlyas Aslanov sürət həddini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib.
Yoldan çıxaraq dərəyə yuvarlanan avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişini Əziz Məmmədov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
"Hadisəsinin ağırlıq dərəcəsinə təsir göstərən amillərdən biri də sürücü və sərnişinin təhlükəsizlik kəmərini bağlamadıqları üçün dərəyə yuvarlanarkən, eləcə də zərbənin təsirindən avtomobildən kənara atılarkən aldıqları xəsarətlər hesab edilir. Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini daim nəzərə almağa, təhlükəsizlik kəmərini bağlamağa və sərnişinlərin də bu həyat əhəmiyyətli qaydaya qeyd-şərtsiz əməl etmələrinə nail olmağa çağırır.
Unutmayaq, qayda pozuntusu hüququ məsuliyyət, onun fəsadları isə heç zaman bərpası mümkün olmayan itkilər doğurur", – məlumatda bildirlib.

Hadisə       Tarix: 18 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Qara dənizdə Somali bayrağı altında üzən "BETUL 8" adlı yük gəmisi Bolqarıstan sahillərində batıb. -a istinadla xəbər verir ki, Rumıniyadan Misirə 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaş

Daha bir həkim qəfil vəfat etdi

Gəncədə xəstəxananın şöbə müdiri vəfat edib. -a istinadən xəbər verir ki, Gəncə Psixiatriya Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışmış 1961-ci il təvəllüdlü Rafiq Əliyev dünyasını dəyişib. Onun qəfil öldüyü bildirilir

Keçmiş nazirə ağır itki

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. xəbər verir ki, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub

Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə Azərbaycan bayrağı küçəsində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobillə "Toyota Prius" markalı maşın toqquşub. İlkin məlumat

Bakıda obyekt yanır

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın başlayıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsus

Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin FOTOLARI

Noyabrın 17-də saat 15 radələrində Bakının Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətlə yetirilən qadın Gülarə Mehdiyevadır. Onun rəssamlıq fəaliyyət

İzmirdə fabrikdə güclü partlayış: ölənlər var

İzmirdə fabrikdə güclü partlayış baş verib. xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğı

Bakıda baş redaktor həbs edildi - Foto

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib. KONKRET. -a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul almas

Qəbələdə dava: həmkəndlisinin qulağını dişləyərək qopardı

Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib. -a istinadla xəbər verir ki, kənd sakini, R.M. münaqişə zəminində həmkəndlisi, A.A.nın sol qulağını dişləyərək qoparıb. Məlumata görə, tərəflər arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər bugün 2026 az xeber en son xeber xeber.az son xeberler