Bakıda elektrikli maşınların sayı sürətlə artır: Təhlükə varmı?

Bakıda elektrikli maşınların sayı sürətlə artır: Təhlükə varmı?"Elektrikli maşınlarla bağlı deyilənlərin çoxu özünü doğrultmur. Onların mühərrikləri ilə bağlı elə də problem yoxdur. Əksinə, daxili yanma mühərrikləri daha təhlükəlidir".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
O, son dövrlər paytaxt küçələrində tez-tez rast gəlinən elektrikli avtomobillərdən söz açıb.
Xatırladaq ki, elektriklə işləyən nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsində gömrük rüsumu olmadığı üçün onlara tələbat daha çoxdur. Üstəlik, sözügedən avtomobillərin rentabelliyi digərləri ilə müqayisədə daha yüksəkdir.
Öz növbəsində, Ə. Hüseynov əlavə edib:
"Deyirlər ki, elektrikli avtomobillər tez-tez yanır. Ola qalsa, daxili yanma mühərriki ilə işləyən avtomobillər onlardan daha tez yanır. Daha sonra isə bu maşınlar ətraf mühiti daha çox çirkləndirir. Yol-hərəkət təhlükəsizliyində daxili yanma mühərrikli avtomobillər daha köhnə olduqlarına görə onlar nisbətən daha təhlükəli sayıla bilər. Çünki elektrikli avtomobillər ən yeni təhlükəsizlik texnologiyaları ilə təmin olunub".
Mütəxəssis diqqətə çatdırıb ki, bu avtomobillərdə yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün sürücünün diqqəti artıran çoxlu sistemlər var:
"Ona görə də elektrik mühərrikli avtomobillər yol hərəkəti təhlükəsizliyi baxımından birmənalı olaraq daha təhlükəsiz və etibarlıdır.
Ümumi təhlükəsizlik baxımından da bunu demək olar. Hansısa xırda texniki problem olsa belə, – məsələn, batareyasının alışması, yaxud onun utilizasiyası problemləri var ki, bir müddət sonra avtokonsernlər bunu da həll edəcəklər və burada ciddi bir problem olmayacaq.
Ona görə də təhlükəsizlik məsələsində elektrikli avtomobilləri daxili yanma mühərrikli maşınlarla müqayisə edəndə görürük ki, birmənalı olaraq elektrikli mühərriklərdə təhlükəsizlik və etibarlılıq daha çoxdur.
Gömrük məsələsinə gəldikdə isə əslində, bu, aktual deyil. Elektrikli avtomobillərə rüsum qoyulması məsələsi hökumətin işidir və qoyulanda bunu hökumət müəyyən edəcək. Ona görə də bəri başdan proqnoz və ya kiməsə ideya vermək düzgün olmaz".

Sosial       Tarix: 07 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xeber cəbhədən son xəbər dunya xeberleri