Bakıda evə basqın edərək 100 min manatlıq pul və qızıl aparan şəxslər tutuldu
Bakıda evə basqın edərək 100 min manatlıq pul və qızıl aparmaqda şübhəli bilinən şəxslər tutulublar.
KONKRET.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 7-si saat 05 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində "Volkswagen" markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Yoxlama zamanı sürücünün Ağdam rayon sakini Orxan Musəvi olması və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olunduğundan ona nəqliyyat vasitəsini müvəqqəti duracağa aparılması deyilib. Bu zaman avtomobildə olan sərnişinlər – Cəbrayıl rayon sakini İlqar Xəlilov və Ağdam rayon sakini Həsən Əliyev özlərini şübhəli apardıqlarından polis əməkdaşları onları da portal vasitəsi ilə yoxlayıb.
Yoxlama zamanı O.Müsəvinin və İ.Xəlilovun Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olmaları müəyyən olunub. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Kürdəmir Rayon Polis Şöbəsində onların üzərinə baxış zamanı İ.Xəlilovdan 6 007 ABŞ dolları və 996 manat, O.Musəvidən 6 200 manat pul, H.Əliyevdən isə narkotik vasitə aşkar olunaraq götürülüb.
Araşdırmalarla O.Müsəvi və İ.Xəlilovun noyabrın 21-də paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birində ev sahibindən 80 000 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə almaları da müəyyən olunub.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır