Bakıda "İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü" keçirilib - FOTOLAR
Oktyabr ayının 5-də Nizami Kino Mərkəzində Azərbaycan Maarifçilər Assosiasiyası və Tutorlab-ın birgə təşkilatçılığı və "Sağlam Ailə" Tibb Mərkəzi, "Azprint" poliqrafiyası,"Gənc Kinomatoqraflar Birliyi"nin tərəfdaşlığı ilə "İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü" keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə Respublikanın 20-dən çox şəhər və rayonlarından 500-ə yaxın innovativ maarifçi və müəllim iştirak edib.
5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təşkil edilən və iki hissədən ibarət olan tədbirin ilk hissəsində müəllimlər üçün şəbəkələşməsi və əməkdaşlığı baş tutub. Müxtəlif regionlardan olan və qiyabi tanış olan 500-ə yaxın maarifçi müəllim tədbir zamanı əyanı tanış olmaq imkanı qazandılar.
Tədbirin ikinci hissəsində Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxov və Assosiasiyanın baş katibi Turanə Zeynalova giriş sözü ilə tədbiri açıq elan edib gələn qonaqları təbrik etdilər. Ardından Tutorlab-ın təsisçiləri Azad Manaflı və Elmir Zahidli Tutorlab layihəsi haqqında məlumat verdilər. "Sağlam Ailə" Tibb Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmli, Elm və təhsil nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov çıxış edərək tədbirə toplaşan maarifçiləri bayram günü münasibəti ilə təbrik etdilər.
Daha sonra Tutorlab layihəsində sentyabr ayı ərzində fərqlənən 3 innovativ maarifçi müəllimi mükafatlandırıldı.
Tədbirin sonunda isə "İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü"nə gələn maarifçilər birlikdə kəndə işləməyə gedən müəllim haqqında olan "Möcüzə" bədii filmini izlədilər.
Növbəti şəbəkələşmə görüşlərinin regionlarda keçirilməsi planlaşdırılır.







Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var