Bakıda işdən qovulan sürücü mağazanı yandırdı

Bakıda işdən qovulan sürücü mağazanı yandırdıBakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb.
KONKRET.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında baş verib.
Bakı şəhər sakini Oruc Vəliyev (ad və soyadı şərtidir) həmin mağazada sürücü kimi işləyib. O, təxminən üç il burada çalışdıqdan sonra obyektdə olan dizel yanacağını mağaza sahibindən gizli şəkildə satıb. Bunu öyrənən mağaza sahibi Oruc Vəliyevi işdən çıxarıb.
İşdən çıxarıldıqdan sonra başqa yerdə işləməyə başlayan Oruc Vəliyev keçmiş müdirindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında mağazaya gələrək kassadan 520 manatlıq qəpik pul, 201 manat kağız pul və 100 ABŞ dolları oğurlayıb.
Daha sonra obyektdə satış üçün saxlanılan benzini mağazanın elektrik sayğacının üzərinə tökərək alışdırıb. Nəticədə mağaza içərisindəki avtomobil ehtiyat hissələri ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğının Oruc Vəliyev tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Oruc Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.oxu.az

Hadisə       Tarix: 03 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari