Bakıda kafedə 1 nəfərin öldüyü, 12 nəfərin yaralandığı yanğınla bağlı məhkəmə

Bakıda kafedə 1 nəfərin öldüyü, 12 nəfərin yaralandığı yanğınla bağlı məhkəməBakı Ağır Cinayətlər Məhkəməsində kafeni yandıraraq bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KONKRET.az xəbər verir ki, hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.
Zərərçəkən qismində ifadə verən H.Ə həmin gün iş başında olduğunu deyib:
"Mən obyekti icarəyə götürmüşdüm, kafe kimi işlədirdim. Famil həmin gün dostları ilə kafeyə gəlmişdi. Pivə, "semiçka" sifariş verdilər. İçkili idi, divardakı aynanı vurub sındırdı. Sonradan yaxınlaşıb hadisəni törətdiyinə görə üzr istədi. Mahnı sifariş verib oynadı. Kafenin ofisiantı Şəhriyara qəlyan gətirməyi tapşırdılar, amma o, içəridə çəkməyə icazə olmadığını ona dedi. Bu Familin xoşuna gəlmədi, qəzəblə Şəhriyara yaxınlaşıb çıx çölə dedi. Şəhriyar getməkdən imtina edərək, iş başında olduğunu bildirdi. Famil özündən çıxaraq əgər mənimlə getməsən, buraya od vurub yandıracam deyə bağırmağa başladı. Şəhriyar onunla getməyəndə, Famil özünü tez bayıra atdı. Bir də onu gördüm ki, gətirdiyi benzinlə dolu qabı birinci mənim üstümə tökdü. Benzin digər insanlara dəyib onları da islatdı. Alışdırandan sonra Famil tez çölə tərəf qaçdı, qapını tutub camaatı çölə çıxmağa qoymadı. Bizə dəyən ümumi dəyən ziyan 27339 manatdır".
Digər zərərçəkən U. İ işdən sonra dostları və iş yoldaşları ilə kafeyə getdiyini bildirib:
"Dostlarımla içəri keçib əyləşdik. Mən əks istiqamətdə idim, girişi görmürdüm. Bir onu eşitdim ki, yanımda əyləşən dostum bir kəlmə benzin deyə çığırdı. Tez arxaya çöndüm ki, nə baş verdiyinə baxım. Elə bu vaxt işıqlar söndü, içərini alov bürüməyə başladı. Əlimi üzümə tutub bayıra çıxmağa çalışdım. Qapıya gedib çata bilmədim, heç nə görə bilmirdim. Özümü pəncərədən çölə tulladım. Sonradan kameradan gördük ki, birinci bayıra atılan rəhmətlik Ceyhun olub. Aramızda barışıq olmayıb. Belimdə 2-ci və 3-cü dərəcə sınıqlar var, alnımda çatlar, bud sümüyündə sınıqlar var. Hazırda yeriməkdə çətinlik çəkirəm, əl ağacından istifadə edirəm".
Növbəti proses 9 sentyabr saat 16:00-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb.
Kafenin inzibatçısı ilə mübahisə zamanı Famil Kərimov oranı tərk edərək, yaxınlıqdakı marketlərdən birindən plastik su qabı əldə edib və yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən kafeyə geri qayıdıb.
Bundan sonra o, benzini səpərək, obyekti yandırıb. Həmin kafedə müştəri olan Ceyhun Əhmədli yandığını görərək, özünü ikinci mərtəbədə yerləşən kafedən aşağı atıb. Əhmədli aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla yanaşı kafedə olan daha 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bəziləri ikinci mərtəbədən özlərini atarkən onurğa sütununun qırılması kimi ağır xəsarətlər alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, Famil Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb./Lent.az

Hadisə       Tarix: 20 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən son görüntülər cəbhədən xəbər xabarlar