Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkaları fəaliyyətə başladı
Kənd Təsərrüfatı Nazirliyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakıda təşkil etdiyi "Kənddən Şəhərə" Yeni il yarmarkaları fəaliyyətə başlayıb.
azxeber.com nazirliyinə istinadən xəbər verir ki, yarmarkalar paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı) ünvanlarında dekabrın 30-na qədər davam edəcək.
Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.
"Kənddən Şəhərə" Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilər.
Yarmarkalarda iştirak ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edilər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum loqistika dəstəyi göstərir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR