Bakıda kirayə mənzil verənlərin özü indi kirayə qalır - Ekspert

Bakıda kirayə mənzil verənlərin özü indi kirayə qalır - EkspertBakıda kirayə mənzillərin qiyməti bahalaşmağa davam edir. Paytaxt ərazisində kirayə ev tapmaq hər gün daha da mürəkkəb hal alır. Buna səbəb nədir?
KONKRET.azxəbər verir ki, "Yeni Sabah" kirayə mənzil bazarındakı artımın səbəblərini araşdırıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bahalaşma səbəblərindən danışarkən bildirib ki, vəziyyət belə davam edərsə, yaxın 5 və ya 10 ildən sonra paytaxtda kirayə mənzil tapmaq daha müşkül olacaq:
"Bir neçə ildir ki, kirayə mənzil bazarında artım müşahidə olunur. Bu artımın bir neçə səbəbi var. 2016-cı ildən paytaxt ərazisində pilot layihələrə əsasən söküntü işləri aparılır. Köhnə 4 və 5 mərtəbəli binalar və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülür. Ən çox ucuz kirayə mənzillər isə əsasən bu tikililərdə mövcud idi.
Söküntüyə görə artıq həmin kirayə mənzillər bazardan çıxmağa başlayıb. Sözügedən binalarda yaşayan sakinlər onlara veriləcək mənzilləri bir neçə il gözləməli olduğu üçün artıq özləri kirayə evlərdə məskunlaşmağa başlayıblar. Yeni tikililərdəki kirayə mənzillər isə əvvəlkinə nisbətən 2 qat baha qiymətə təklif olunur. Buna görə də, mənzil bazarında qiymət artımı və qıtlıq baş verib. Proses eyni axarla davam edərsə, yaxın 5 və ya 10 il ərzində paytaxtdakı kirayə mənzillər əlçatan olmayacaq".
Ekspert problemin həlli üçün tələbə yataqxanalarının yenidən inşa edilməsini təklif edir:
"Qiymətlərin getdikcə artmasında tələbə faktorunun da rolu böyükdür. Hər il paytaxta təhsil almaq üçün bölgələrdən minlərlə tələbə gəlir. Ali təhsil müəssisələrinin əksəriyyətində tələbələrin məskunlaşmağı üçün yataqxanalar mövcud deyil, ya da yer məhdud saydadır. Bu isə tələbələrin də kirayə mənzillərdə qalmasına səbəb olur.
1990-cı illərə qədər paytaxt ərazisində tələbə yataqxanaları mövcud idi. Daha sonra həmin yataqxanaları məcburi köçkünlərə verdilər. Amma indi torpaqlarımız işğaldan azad edilib. Bu yerlərin sakinləri artıq yurd-yuvasına qayıdır. Doğrudur, onların qaldığı yataqxanalar yararsız vəziyyətdədir. Lakin tikililərin torpaq sahələri var. Həmin sahələrdə ekonom layihəli yataqxanalar inşa edib, tələbələrə ucuz qiymətə kirayəyə verilərsə, problem həllini tapar. Həmçinin, bu, universitetlər üçün də gəlir mənbəyi olar. Tələbələrin ev problemi öz həllini tapdığı təqdirdə, kirayə mənzil bazarında müəyyən qədər boşluq yaranacaq. Həmin boşluq qiymətlərin də nizamlanmasına gətirib çıxaracaq".

Sosial       Tarix: 04 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xeber cəbhədən son xəbər dunya xeberleri