Bakıda məktəbin ərazisi narkomanların məskəninə çevrilib - VİDEO

Bakıda məktəbin ərazisi narkomanların məskəninə çevrilib - VİDEOBakı şəhəri, Yasamal rayonu ərazisindəki 38 saylı məktəbin 3 hektarlıq ərazisi narkomanların məskən saldığı məkana çevrilib.
Məktəbin həyətində istifadə olunmuş şprislər var və şagirdlər burada hər gün təhlükə ilə üz-üzədirlər. Mövcud vəziyyət şagirdləri, onların valideynlərini və məktəbin pedaqoji kollektivini narahat edir. Maraqlıdır ki, şagirdlərin təhlükəsizliyi necə qorunur? Ümumiyyətlə, əlaqədar qurumlar bununla bağlı hansı addımları atırlar?
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, həm məktəb kollektivi, həm də ətrafda yaşayan sakinlər bu şprislərin narkomanların istifadəsindən sonra bura atıldığını güman edirlər.
Məktəbin direktoru Yaqut Əfəndiyeva deyib ki, 3 hektar ərazisi olan təhsil ocağında 960 şagird təhsil alır. Şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə iki giriş qapısı olan bu təhsil müəssisəsinin yalnız ön qapısı istifadə olunur. Zirzəmilərin qapısı isə dəmir çərçivələrlə qapadılıb.
Məktəbin kollektivi vəziyyətlə bağlı həm Elm və Təhsil Nazirliyinə, Yasamal Rayon İcra Hakimiyyətinə və ərazidəki 29-cu polis bölməsinə müraciət edib.
Məsələ ilə bağlı DİN-in şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, həmin əraziyə fasiləsiz xidmət aparan naryad qrupları təhkim olunub. Polisin keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Sosial       Tarix: 04 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber dunyada son xeberler xeber az bu gunun xeberleri haqqinda melumat