Bakıda müştəri kababçını ÖLDÜRDÜ - Təfərrüat

Bakıda müştəri kababçını ÖLDÜRDÜ - TəfərrüatBakının Nizami rayonunda 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Anar Quliyevi qətlə yetirib.
KONKRET.az məlumat verir ki, qətl hadisəsi 9 aprel 2024-cü ildə, saat 22 radələrində Keşlə qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. Rəhman kafedə müştəri qismində olarkən yaxınlıqda Anarın kababçı işlədiyi "Dadlı Kabab" adlı kafedən sifariş əsasında gətirilmiş lülə kababdan sümük çıxmasını bəhanə edib, onun olduğu kafeyə gəlib irad bildirdikdən sonra aralarında mübahisə baş verib.
Mübahisə zamanı Rəhman heç bir əsaslı səbəb olmadan özündə olan cib bıçağı ilə kafenin girişində qəsdən öldürmək məqsədilə Anarın döş qəfəsinin sol nahiyəsindən 1 dəfə qüvvətli zərbə vurub. Anar aldığı xəsarətdən vəfat edib.
Hadisəni törədən Rəhmanın barəsində 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhman Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi qonşuluqda kirayədə yaşaması ilə əlaqədar tanıyıb: "Mən tanışlarım Könül və Ziya ilə yeyib-içmək üçün 9 aprel 2024-cü ildə axşam saatlarında "Könül çay evi" kafesinə gedərək orada kabab sifariş etdik. Sifariş etdiyim kababın içərisindən sümük çıxdı. Kafedə oturub spirtli içki içərkən təxminən saat 22 radələrində Anar da həmin kafeyə gəldi. Mən ona yaxınlaşıb bişirdiyi kababın içərisindən sümük çıxdığını dedim. Anar isə "məni narahat etmə", "üzrlü hesab et" kimi sözlər dediyindən ondan aralanaraq yerimə qayıdıb oturdum. Lakin Anar dilinin ucunda nə isə danışmağa başladı. Spirtli içki qəbul etdiyimdən onun nə deməsini dəqiq xatırlamamışam".
Rəhman qeyd edib ki, daha sonra Anar ayağa qalxıb onun yanına gəlib: "Anar mənə tərəf gəldikdə cibimdəki bıçağı əlimə aldım və çölə çıxıb orada söhbət etməyimiz üçün sağ əlim ilə sonuncunun sinəsinə yumruqla vuraraq onu itələdim. Bu zaman bıçaq əlimdə olub və Anarın sinəsinə batıb. Lakin bıçaqda qan ləkəsi olmayıb. Birlikdə kafenin qapısından çölə çıxıb orada söhbət etdikdən sonra geri qayıtdım. Aramızda keçən söhbətdən təxminən 35 dəqiqə sonra təcili tibbi yardım avtomobili gələrək Anarı xəstəxanaya apardı. Sonradan onun vəfat etdiyini eşitdim. Mənim Anarı bıçaqla vuraraq öldürmək niyyətim olmayıb. Anarı qəsdən öldürməmişəm. Hadisə ehtiyatsızlıqdan baş verib. Həmin vaxt içkili olduğumdan ağlım başımda olmayıb. Mənim Anarı öldürmək niyyətim olsaydı, Anara ikinci dəfə də bıçaqla zərbə vurardım".
Rəhman qeyd edib ki, əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunub, həmin hadisə zamanı zərərçəkəni bıçaqla vurub.
Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər müəyyən olunub. Buna görə də onun həmin ifadələr elan edilərək tədqiq edilib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhman Qəhrəmanov 17 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırıb ki, çıxış zamanı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 19 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif edib.
Həmçinin hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.
Hər iki tərəfin şikayəti Bakı Apellyasiya Məhkəməsində araşdırılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti, həm də dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib. /Demokrat.az

Hadisə       Tarix: 17 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Galendewagen"lə insident törədən sürücü həbs olundu

Bir neçə gün öncə Masazırda qırmızı işıqda keçib insident törədən sürücü Ş.Həmzəyev 15 sutka inzibati qaydada həbs edilib. xəbər verir ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes Galendewagen" v

DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı

Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb. DİN-in Mətbuat Xidmətindən -a bildirili

İmişli sakini Araz çayında batdı

İmişli sakini çayda çimərkən boğulub. KONKRET. -a istinadla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndi ərazisində baş verib. Kənd sakini Turan Mirağa oğlu Mirişli dünən saat 20 radələrində Araz çayında çimən zaman sud

Azərbaycanda dəhşətli qətl baş verdi

Gəncə sakini əmisini qətlə yetirib. xəbər verir ki, hadisə şəhərin Q.Ə.Şıxlinski küçəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Ramazan Əliyev əmisi 1963-cü il təvəllüdlü Fazil Əliyevi qətlə yetirib. Hadisə yerinə polis v

Kürdəmirdə maşınlar aşdı - Xəsarət alanlar var

Kürdəmirdə iki yol qəzası olub, xəsarət alanlar var. -ın xəbərinə görə, Atakişli kənd sakini, 2003-cü il təvəllüdlü Əsgərov Eynulla Sabir oğlunun idarə etdiyi "Ravon" markalı avtomobil idarəetmədən çıxaraq aşıb

76 yaşlı kişi yıxılaraq həyatını itirdi

Paytaxtda 76 yaşlı kişi yıxılaraq ölüb.  "Report"-a istinadən xəbər verir ki, Xocəsən qəsəbə sakini, 1950-ci il təvəllüdlü Famil Nazim oğlu Abdullayev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanay

Ağdamdakı yanğın söndürüldü

Ağdam rayonunun Qaradağlı kəndində mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edək ki, yanğın Qaradağlı kənd sakini Fikrət Soltan oğl

Restorandan 5 min dollar oğurlayan şəxs saxlanıldı

Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 500 dollar nağd pulun naməlum şəraitdə oğurlandığın

"Son zəng" günü VƏFAT ETDİ

Azərbaycanda orta məktəb şagirdi "Son zəng" günü vəfat edib. xəbər verir ki, hadisə Biləsuvar rayonunda baş verib. Rayonun Nemət Sultanov adına Dərvişli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Səkin


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 cəbhədən ən son xəbərlər sou xeberler bugun cəbhədən son görüntülər