33 il sonra Afrikada da keçiriləcək
Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidməti yayıb.
Ruandanın paytaxtı Kiqalidən təxminən 40 km cənubda yeni yarış trası inşa ediləcək.
Yarış seriyasının mətbuat xidmətinin məlumatına görə, bu kompleks beynəlxalq yarışlara, konfranslara və əyləncə tədbirlərinə ev sahibliyi edə biləcək, ilboyu fəaliyyət göstərən bir məkan olacaq.
Ruanda Prezidenti Pol Kaqame razılaşmanı rəsmən elan edib.
"Bu razılaşma Formula 1 tarixində həlledici məqamı təşkil edir və idman növünün 1993-cü ildən bəri ilk dəfə Afrikaya qayıtmasından xəbər verir. Bugünkü elan, gələcək nəsillər üçün uğurlu, dayanıqlı və dünya səviyyəli Qran-priyə ev sahibliyi etmək məqsədilə ən yaxşı tərəfdaşla zəruri təməlin yaradılmasına yönəlmiş illərlə davam edən birgə fəaliyyətin nəticəsidir", – o bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Tanışının fotolarını çəkib şantaj etməkdə ittiham olunan qardaşlarla bağlı QƏRAR
Qazın qiyməti bahalaşır
ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?
Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Lənkəranda ev yanaraq külə döndü
Dünənki oyunda ölən əcnəbi baş direktor imiş
Yevlaxda avtomobil yük maşını ilə toqquşdu, iki nəfər öldü
Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı
ABŞ-da fövqəladə vəziyyət: məşhur parad təxirə salındı
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
Tərtər 'Gənclər paytaxtı', Masallı isə 'İdman paytaxtı' seçilib
9 məşhur sərbəst buraxıldı - biri həbs olundu
Sülh körpüsü' təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək