Bakıda "Prius" "Ferrari" ilə toqquşdu: İki nəfər xəsarət aldı
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.
Belə ki, "Toyota Prius" markalı maşının sürücüsü yol nişanının tələbinə əməl etməyərək qəfil yola çıxıb.
Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı "Ferrari" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.
Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
00:56
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, "Toyota Prius" markalı avtomobil "Ferrari" markalı minik maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib.
Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi