Bakıda sürücü hərəkətdə olan zaman qəfil öldü - 6 nəfər xəsarət aldı
Bakının Nizami rayonunda ağır yol qəzası zamanı 6 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. Belə ki, Qazıbəyov Elçin Aydın oğlu idarəetməsində olan "Honda" markalı avtomobillə hərəkətdə olan zaman qəfil ürəktutmasından ölüb.
Bu zaman avtomobildə olan qadın sərnişin sükanın istiqamətini dəyişib. İdarəetmədən çıxan "Honda" yol kənarındakı nişanlara çırpılıb. Zərbədən qırılan nişanlar səkidə ayrı-ayrı istiqamətdə dayanan piyadaların üzərinə düşüb. Daha sonra nəqliyyat vasitəsi yol kənarındakı ağaclara çırpılaraq dayanıb.
Hadisə şahidləri nəqliyyat vasitəsində müştəri olan qadını və onun azyaşlı uşağını maşından çıxarıblar. Onlara təcili yardım briqadası tibbi yardım göstərib. Hadisə nəticəsində 4 piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Nizami Rayon Polis İdarəsinin ekspertləri sürücü, Elçin Qazıbəyovun ölüm səbəbini araşdırırlar.
Xəstəxanadan verilən məlumata görə, səhiyyə ocağına müraciət edən 4 piyadadan yalnız birinin vəziyyəti ağırdır. O, 1979-cu il təvəllüdlü Şahsevənov Seymur Barat oğludur.
Faktla bağlı avtotexniki ekspertiza işləri aparılır./apa

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb