Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər – 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.
DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.
Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Elşən Əliyev ürək-damar cərrahıdır və "Lazur Hospital", "Real Hospital", eləcə də "Alo Klinika" kimi bir sıra özəl klinikalarda çalışıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var
Prezident qızları bir arada - Foto
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Uitkoff Sankt-Peterburqa gəldi