Bakıda tanınmış jurnalistin başına iş gəldi - Görün nə ediblər / FOTO

Paytaxtın Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən "İtaliano Parati" divar kağızları mağazasında istehlakçı hüquqlarının kobud şəkildə tapdalanması, vergidən yayınma və vətəndaşın mülkünə qəsdən ziyan vurulması ilə bağlı növbəti rüsvayçı hadisə ictimaiyyətin ciddi narahatlığına səbəb olub.
KONKRET.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bununla bağlı paylaşım edən tanınmış jurnalist Zamirə Dadaşova qeyd edib ki, çağazadan ümumi dəyəri 2300 manat olan divar kağızları alıb və ödənişi nağd şəkildə həyata keçirib. Jurnalistə rəsmi kassa çeki əvəzinə yalnız adi qaimə təqdim edilməsi ilə başlayan qanunsuzluqlar zənciri, sonradan keyfiyyətsiz məhsulun divarda qaralması və mağaza rəhbərliyinin özbaşınalığı ilə pik həddə çatıb.
Mağazanın göndərdiyi mütəxəssisin materialın qüsurlu olduğunu etiraf etməsindən və zərərin qarşılanacağı vədindən sonra mənzilə gələn ustalar, divar kağızlarını cıraraq evi bərbad günə qoyub, ardınca isə heç bir iş görmədən mənzili tərk ediblər. Hadisə ilə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova rəsmi müraciətlər ünvanlanıb.
Jurnalistin sözlərinə görə, mağazanın Rasif adlı satıcısı tərəfindən xarici istehsal adı ilə endirimdə satılan divar kağızlarının sonradan yerli və keyfiyyətsiz mal olduğu bəlli olub, yaranmış problemi həll etmək adı ilə evə soxulan ustalar isə mənzilə qəsdən maddi ziyan vurublar:
"Mənim pul verib aldığım aboyu sizin ustalarınız hansı ixtiyarla cırıb yerə tökürlər? Əgər dəyişməyəcəkdinizsə, buna nə əsasla müdaxilə etmisiniz? Bəlkə mən həmin qara ləkəli divar kağızları ilə yaşamağa razı olardım? Özünü mağaza müdirinin oğlu kimi təqdim edən Həmid adlı şəxs iradlarımıza məhəl qoymayaraq "Gedib kimə istəyirsiniz şikayət edin" deyib mənzili kobud şəkildə tərk etdi. Mağazanın göndərdiyi ustalar 16 iyul 2026-cı il tarixində evimdəki divar kağızlarını tamamilə sökdükdən sonra heç bir əvəzləmə etməyəcəklərini bildirərək böyük bir özbaşınalığa imza atdılar".
Dadaşova qeyd edib ki, "İtaliano Parati" mağazasının istehlakçıları aldatması, nağd dövlət rüsumlarından yayınması və vətəndaşın mülki hüquqlarını heçə sayması cəzasız qalmamalı, aidiyyəti dövlət qurumları bu dərəbəyliyə qətiyyətlə son qoymalıdır:
"Mən adi, sıradan bir Azərbaycan vətəndaşıyam və dövlətimə, dövlətimin qanunlarına güvənirəm. Bilirəm haqq ədalət məndən yanadır. Bu məsələni sonadək ictimailəşdirəcəyəm ki, başqa vətəndaşların da başına belə oyunlar açılmasın, heç kim bu mağazanın yalanlarının qurbanına çevrilməsin. Mağazanın həm maliyyə fəaliyyəti, həm də istehlakçılara qarşı etdiyi bu qanunsuzluq hüquqi müstəvidə ən sərt şəkildə cəzalandırılmalıdır".
Bakıda tanınmış jurnalistin başına iş gəldi - Görün nə ediblər / FOTOBakıda tanınmış jurnalistin başına iş gəldi - Görün nə ediblər / FOTO

Hadisə       Tarix: 18 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir

Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı operativ-axtarış tədbirlərinin işıqlandırılması davam etdilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmü

Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektri

14 yaşlı qız sirkə turşusundan zəhərləndi

Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib. -a istinadla xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib. 2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib

İki yük maşını toqquşdu: ölən var

Bakı-Qazax yolunda "Mersedes" markalı iki yük avtomobili toqquşub. KONKRET.azxəbər verir ki, hadisə bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb

Su götürmək istəyərkən kanala yıxıldı, boğulub öldü - TƏFƏRRÜAT

Tərtər rayonunda beton kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovla bağlı hadisənin təfərrüatı məlum olub. -ın Teleqraf-a istinadən məlumatına görə, rayonun Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələ

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış qeydə alınıb. xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib. Hadisə təxminən 39 dəqiqə davam edib. Bundan əvvə

Gəncə şəhərində yanğın oldu

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın qeydə alınıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhə

Vəzifəli şəxs qəfil öldü - FOTO

Laçın Rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Manafov Niftalı Möhübbət oğlu vəfat edib. bildirir ki, Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, əslən Laçın rayonunun Xaçınyal


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou gunun xeberleri cebheden xeber ensonxeberler