Bakıda tələbə qızlara qarşı əxlaqsızlıq edən manyak saxlanıldı

Bakıda tələbə qızlara qarşı əxlaqsızlıq edən manyak saxlanıldıBakıda tələbə qızlara qarşı əxlaqsız hərəkətlərə yol verən manyak saxlanılıb. 
azxeber.com Qaynarinfo-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs mütəmadi olaraq Nizami rayonu, H.Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən "Yolkalıq" adlanan ərazidən keçən tələbə qızlara qarşı nalayiq hərəkətlərə yol verərək, cinsi orqanını nümayiş etdirib.
26 oktyabr 2022-ci il tarixdə saat 09:30 radələrində eyni yerdə həmin əməli etməsi barədə daxil olmuş şikayət əsasında həmin şəxs Nizami Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs məhkəmə izahatında bildirib ki, boş vaxtlarında "Koroğlu" stansiyasının yaxınlığında yerləşən "Yolkalıq" adlanan ərazidə dayanır, oradan keçən tələbə qızlara cinsi orqanını nümayiş etdirir, amma əxlaqsız təkliflər etmirmiş. Əməlindən peşman olan şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edib.
Məhkəmədə o da məlum olub ki, manyak Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovun şikayəti əsasında saxlanılıb.
Bakı Şəhəri Nizami Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı bildirib ki, Bakı Texniki Kollecinin direktorunun tələbə qızlardan daxil olmuş şikayətlər əsasında müraciəti, o cümlədən daha bir xanımın şikayəti əsasında 26 oktyabr 2022-ci il tarixdə, saat 09:30 radələrində sözügedən əraziyə yaxınlaşıblar və barəsində şikayət edilən şəxsi həmin yerdə aşkar ediblər:
"Yaxınlaşaraq onu saxlamaq istədikdə həmin şəxs qaçmağa çalışdı. Lakin onu saxlayaraq ərazi üzrə 23-cü Polis Bölməsinə apardıq".
İşə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Hüseynquluoğlunun sədrliyi ilə baxılıb. Məhkəmə təqsirləndirilən şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 10 gün həbs cəzası seçilib.

Sosial       Tarix: 27 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün bu gunun xeberleri metbuat kriminal xeberler