Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Zirvə görüşü keçiriləcək
Bu ilin mayın sonunda Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Zirvə görüşü keçiriləcək.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu gün Auditorlar Palatası, Maliyyə Menecerləri Assosiasiyası və AQC-nin birgə təşkil etdiyi "Hesabatlıq və Şəffaflıq Yeni dövrün çağırışları kontekstində" keçirilən forumda deyib.
"Bununla da Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezident səlahiyyətləri Qazaxıstandan Azərbaycana, vitse-prezidentlik isə Azərbaycandan Türkiyəyə dövr ediləcək", - V. Oruc bildirib.
Onun sözlərinə görə, ötən ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın daimi, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ qaydada üzv olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması, birliyin struktur vahidlərinin formalaşdırılması türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın inkişafında yeni mərhələ oldu.
O həmçinin 2023-cü ilin sonunda "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulu ölkə qiymətləndiricilərinin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab edir.
"Qanuna müvafiq olaraq Azərbaycan Qiymətləndiricilər Palatası təsis ediləcək və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq bu prosesdə də yaxından iştirak edəcəyik", - V. Oruc əlavə edib.
Qeyd edək ki, indiyənədək 1998-ci ildə qəbul olunan "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun güvvədə idi.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR