Bakıda uşaq sığınacağında ŞOK HADİSƏ: Ana və nənə polisə XƏSARƏT YETİRDİ - FOTO
Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb.
KONKRET.az xəbər verir ki, bu barədə birliyin sədri Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O, hadisə zamanı olanları belə izah edib:
"Yeni ilin ilk günlərində ilk təhlükəmizi çox ağır atlatdıq. Bu dəfə ziyanı Bakı şəhər Baş Polis İdarəsi 4-cü bölmənin əməkdaşları yaşadı…
Uşaqları 3 həftə öncə nənənin sığınacağa yerləşdirməsində məqsəd onların həyatı təhlükə olması idi. Qəbul etdik və aidiyyatı qurumlara məlumat verildi. Sosial Xidmətlər Agentliyi tərəfindən ananın şəraitinə baxış keçirildi və uşaqların bir müddət sığınacaqda reabilitasiya keçməsi məqsədə uyğun hesab edildi. Ata uşaqların vəziyyətini öyrəndikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək uşaqların ona verilmə iddiasını qaldırıb.
Bu gün isə nənə gəlib ki, qızım mənim evimi yandırmaqla hədələyib, axşama kimi uşaqları qaytarmalıyam, verin uşaqları aparım. Əlbəttə ki, biz prosedur qaydalarını izah etdik. Bildirdik ki, iş günü olmadığından biz Sosial Xidmətlər Agentliyinin, eləcə də Sabunçu rayon İcra Hakimiyyəti yanında komissiyanın nümayəndələrini dəvət edə bilmərik. 2 gündən sonra onların iştirakı ilə uşaqların verilib-verilməməsi barədə qərar olacaq. Uşaqların nənəsi bizə fiziki müqavimətlər göstərdiyindən dərhal 102 xidmətinə müraciət etdik, sığınacaqda digər sakinlərə də təhlükənin yaranacağını bildirdik. Bu arada uşaqların anası da gəlib çıxdı və onun tərəfindən daha böyük münaqişə yaradıldı.
4-cü bölmənin əməkdaşları 1 saat söhbət aparmaqlarına baxmayaraq bu dəfə polisə hücum olundu və dövlət əmlakına xətər yetirildi, maşının şüşələri qırıldı, polis əməkdaşlarına fiziki xəsarətlər yetirildi".
K. Ağazadənin sözlərinə görə, hazırda həm ana, həm də nənə 4-cü bölməyə aparılıb.


İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır