Bakıda yeni turistik istiqamətlər yaradılacaq
Bakıda yeni turistik istiqamətlər yaradılacaq
Bakı şəhərinin Baş planı turizmin inkişafı ilə əlaqədar yeni turistik istiqamətlərin yaradılması və Bakının turistik təkliflərinin şaxələndirilməsi məqsədi daşıyır.
"Report"un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Sənədə əsasən, 2040-cı ilə qədər turizm və hotelçilik sahəsində 4% artımın olacağı proqnozlaşdırılır.
Bu iqtisadi sektor ilə əlaqədar Baş plan çərçivəsində qarşıya qoyulmuş əsas məqsədlər davamlı və iqtisadi cəhətdən səmərəli turizm investisiyaları üçün prioritet sahələrin müəyyən edilməsi, həmçinin insanların bütün il boyu bu sahədə fəaliyyət göstərə bilməsi üçün turistik fəaliyyətlərin və xidmət strukturlarının daha çox şaxələndirilməsindən ibarətdir.
Bu təkliflər həm ümumi, həm də müxtəlif seqmentlər üzrə turizm fəaliyyətlərinə tətbiq edilməli, habelə yerli və xarici turistlərə uyğun şəkildə təşkil edilməlidir:
- Şəhərin dayanıqlı inkişafı;
- Sovet irsinin müasir mədəni irs kimi təqdim edilməsi məqsədi ilə qorunması;
- Piyada yolları sisteminin genişləndirilməsi. Piyada yolları mühitinin yaxşılaşdırılması, piyada gəzintinin və velosipedin nəqliyyat vasitəsi kimi istifadəsinin təşviqi. Şəhər və ətraf mühitin regenerasiyası;
- Göllərin su mühitinin və təbii dəyərinin bərpası, onların rekreasiya ərazisi və təbii yaşayış mühiti kimi yenidən canlanması, su-bataqlıq mühitinin sağlamlaşdırılması;
- Yaşıllıq mərkəzləri və rekreasiya ərazilərinin genişləndirilməsi, təbii landşaft ərazilərinin mühafizə zonasının müəyyən edilməsi. Şəhərin memarlıq siması və tarixi irsə qayğı;
- Bakının səciyyəvi xüsusiyyətlərinin qorunub saxlanılması;
- Abşeronun yerli memarlıq üslubunun qorunub saxlanılması və yeni tikililərin layihələndirilməsində onların müasir interpretasiyasına uyğun həllərin verilməsi. Yeni şəhər iqtisadiyyatı
- Mədəniyyət və yaradıcı sənayelər kimi əlavə yeni iqtisadi qruplar təqdim edərək turizm və mədəniyyət sektorunun gücləndirilməsi;
- Sahilyanı yaşayış məntəqələrinin və yeni istirahət fəaliyyətlərinin ahəngdar inkişafı. Bakının ilin hər fəsli üçün turistik təyinata çevrilməsi, turistik fəaliyyətlərin şaxələndirilməsi və genişləndirilməsinə aşağıdakılar daxildir:
- çimərlik turizmi;
- mədəni ekoturizm;
- Bakı bulvarı;
- milli parklar;
- yaradıcı turizm;
- təcrübi turizm (ölkə tarixinin, insanların, yerli mətbəxin və mədəniyyətin öyrənilməsi məqsədilə səyahət);
- iş səyahətləri;
- rekreasiya;
- idman turizmi;
- asudə vaxtın təşkili;
- muzeylər;
- "MICE" turizmi (görüşlər, tədbirlər);
- konfranslar və sərgilər;
- tibbi turizm.
Bütün bu sahələrin inkişaf etdirilməsi üçün şəhər əraziləri ilə Abşeronun təbii dəyərə malik əraziləri arasında əlaqələndirmə imkanlarının olması tələb olunur.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var