Bakıda yol polisindən qaçan sürücü restoranın tualetində gizlənibmiş

Bakıda yol polisindən qaçan sürücü restoranın tualetində gizlənibmişBakıda yol polisi ilə sürücü arasında maraqlı insident baş verib.
KONKRET.az xəbər verir ki, hadisə iyulun 9-na keçən gecə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, saat 23 radələrində H.Əliyev prospektində xidmət aparan Nizami RPİ-nin DYP şöbəsinin əməkdaşı dövlət qeydiyyat nişanı olmayan motosikletə "saxla" işarəsi verib. Lakin motosiklet sürücüsü işarənin tələbinə əməl etmədən sürərək uzaqlaşmağa başlayıb. Bundan sonra DYP-nin inspektoru polis baş serjantı S.A. həmin motosikleti təqib etməyə başlayıb. Motosikletçi isə restoranlardan birinin qarşısında saxlayaraq sürətlə içəri daxil olub və restoranın tualetinə daxil olaraq qapını arxadan bağlayıb. DYP əməkdaşının və restorandakıların tələbinə baxmayaraq o, qapını açmayıb. Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları cəlb edildikdən sonra onu tualetdən çıxarmaq mümkün olub. Saxlanılan şəxs ərazi üzrə 23-cü Polis Bölməsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Saxlanılan şəxs daha sonra protokolla birgə Nizami Rayon Məhkəməsinə göndərilib. O, məhkəmədəki ifadəsində peşman olduğunu bildirib:
"Mən kuryerəm, verilmiş sifarişi çatdırırdım. Motosikletimin dövlət qeydiyyat nişanı yoxdur. Əvvəlcə polisin "saxla" işarəsini görmədim, bunda sonra polis məni təqib edərkən motosikleti dayandırmadan restoranın ərazisinə daxil oldum. Polisdən qorxduğuma görə onlara qarşı tabesizlik etmişəm, lakin əməlimdən peşmanam".
Saxlanılan 29 yaşlı A.R. əlavə edib ki, himayəsində 1 və 2 yaş olmaqla iki övladı var və müharibə iştirakçısıdır:
"Xüsusi təyinatlı qüvvələrdə altı il xidmət etmişəm. Prezident tərəfindən müxtəlif medallarla təltif edilmişəm. Buna görə də işin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm".
İfadə verən DYP əməkdaşı isə indiyədək təcrübəsində belə hadisənin olmadığını deyib və əlavə polis əməkdaşlarının gəlməsindən sonra müqavimət göstərən şəxsin saxlanıldığını bildirib.
Nizami Rayon Məhkəməsinə daxil olmuş protokola hakim Qumru Əliyeva baxıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs 150 manat cərimə edilib və o, məhkəmə zalından sərbəst buraxılıb.

Hadisə       Tarix: 16 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun axsam az xeberler ən son xəbərlər bugün xeber.az bu gun