Bakıda zavod hərraca çıxarılır - 16 milyon manata
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 16-da və 23-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Qurumdan KONKRET.az-a verilən məlumata görə, ilk hərraca 26 nəqliyyat vasitəsi, digər hərraca isə 17 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılacaq.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ilkin start qiyməti 750 manatdan başlayır. Ən yüksək ilkin start qiyməti "Bünyad Sərdarov adına Maşınqayırma Zavodu" MMC-yə aiddir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşən bu müəssisənin ümumi dəyəri 16 061 000 manat təşkil edir, bunun 1 692 075 manatlıq hissəsi əmək kollektivinə güzəştli satışa, 14 368 925 manatlıq hissəsi isə hərraca yönəldilib. Əmlakın ümumi faydalı sahəsi 58 472 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 117 787 kvadratmetrdir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1970-2011-ci illəri əhatə edir.
Dövlət əmlaklarının tam siyahısı ilə burada tanış olmaq mümkündür: ( )
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var