Bakıdakı güclü yanğın 35 dəqiqəyə söndürülüb, 7 nəfər təxliyə edilib - VİDEO / YENİLƏNİB
Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, üçmərtəbəli bina taxta konstruksiyalı olduğu üçün ikinci dərəcəli yanğın çağırışı elan edilib:
"Yanğının söndürülməsinə ümumilikdə Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika və 92 şəxsi heyəti cəlb edilib, 35 dəqiqə ərzində lokallaşdırılıb. Xilasedicilər tərəfindən təxminən yeddi nəfər təxliyə edilib. Yanğının kəşfiyyatı zamanı mənzildə bir nəfər qadın meyiti aşkar edilib. Yanğın zamanı üç mənzil və ümumi istifadədə olan eyvanlara ziyan dəyib".
23:50 – 17.05.2022
Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilməyərək saat 23:23-də söndürülüb.
KONKRET.az-ın xəbərinə görə, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölmüşdür.
Üçmərtəbəli binada 2 mənzil yanıb, 5 nəfər təxliyə edilib.
22:54 – 17.05.2022
Bakıda güclü yanğın başlayıb.
KONKRET,az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Bildirilir ki, yanğın Mərkəzi parkın yaxınlığında binaların birində qeydə alınıb.
Yaşayış binasının içərisində insanların olduğu bildirilir.
Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü