Bakının bu ünvanında bina sökülür - Kvadratına 2 min AZN kompensasiya
Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb.
Mayakovski küçəsi 15 ünvanında yerləşən binadan gedir.
Belə ki, sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Sakinlərə verilən kompensasiya məbləği 2 min AZN-dir.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir.
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən yaşayış binasının sakinlərinin köçürülməsi üçün vəsait ayrılıb. Köçürülməsi nəzərdə tutulan sakinlərin mənzillərinin hər kv.m sahəsinə görə 2000 AZN məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulub", - deyə qurumdan əlavə edilib. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu