Bakıxanovda sakinlər qazsız qalıb – Səbəb isə inanılmazdır
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksinin sakinləri səhər saatlarından etibarən qazsız qalıblar.
KONKRET.az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, problem hələ də aradan qaldırılmayıb və mənzillərə təbii qazın verilişi bərpa olunmayıb. Məsələ ilə bağlı kompleksin komendantlığından sakinlərə verilən məlumata görə yaşayış kompleksindəki 7-ci binanın sakinlərindən biri su xəttini səhvən qaz xəttinə qoşub.
İddialara görə, nəticədə qaz sisteminə su dolub. Bu isə təkcə bir binada deyil, 8 binada qaz təchizatının dayanmasına səbəb olub. Hazırda qaz xətlərində yaranmış problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığı bildirilir.
Sakinlər deyirlər ki, səhərdən bəri qazın olmaması məişətdə ciddi çətinliklər yaradıb. Xüsusilə yemək hazırlanması və isti su təminatında problemlər yaranıb.musavat.com

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?