Bakıya qar yağacaq, temperatur 5-8 dərəcə düşəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, yanvarın 14-15-i gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 12-də 15-20 m/s, yanvarın 13-14-də isə bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək yanvarın 14-15-də aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta olacaq.
Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Yay Dəli-Dolu gəlir
Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
Azərbaycanlı gənc Qara dənizdə boğuldu
Məşhur aktyor həyat yoldaşı ilə YANARAQ ÖLDÜLƏR
Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ
Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN
Koçaryan Azərbaycana təhvil verilə bilərmi?
SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi - Ermənistanın yeni prezidenti bu şəxs olacaq