Bakıya qarşı təhdid səsləndirməyi bitirin! - Petrosyan
44 günlük müharibədə məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan deyib. O, Paşinyanın sələflərinin bu məğlubiyyətdə günahkar olduğunu bildirib.
Ter-Petrosyan Paşinyanın sələfləri siyahısında Vətənin Xilası Hərəkatının üzvlərinin olduğunu söyləyib.
Eks-prezident Paşinyanı "müxalifətin övladı" adlandırıb:
"1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatını çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər. Bütün qüvvələr Qarabağda status-kvonun saxlanması siyasətinə sarılmışdılar və hansısa kompromis variantlarından imtina edirdilər. Nəticədə ölkəni elə fəlakətə gətirib çıxardılar ki, indi yalnız Paşinyanı ittiham edirlər.
Anlamaq lazımdır ki, bizim fəlakət payımızda xalqın heç bir günahı yoxdur. Məhz xalq bu fəlakətin nəticəsinin yeganə və birbaşa daşıyıcısıdır".
O, Ermənistan və diasporun hələ də məğlubiyyətdən heç bir nəticə çıxarmadığını bildirib:
"Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya yalnız güclənəcək. Bu o deməkdir ki, erməni xalqını itkilər və məyusluq gözləyir".

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər