Bank of Baku İdarə Heyətinin sədri: Yaşıl bankçılıqla təbiətə daha da yaxın olacağıq

Bank of Baku İdarə Heyətinin sədri: Yaşıl bankçılıqla təbiətə daha da yaxın olacağıqBank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev 30 ildirfəaliyyət göstərən və inkişaf edərək irəliləyən bankın hazırkı stratejiyanaşmasından, eləcə də fəaliyyət strategiyasında önəmli yer tutan yaşılbankçılıqdan danışıb.
-Həsən bəy, Bank of Baku-nun hazırkı strateji baxışını necə təqdim edərdiniz?
Bank of Baku yaxın dövr və gələcək illər üçün fəaliyyət strategiyasınıdəyərlərə sadiq, yeniliklərə açıq və yaşıl bankçılıq prinsipi üzərindəformalaşdırıb.
Əslində, 30 illik fəaliyyətimiz müddətində hər zaman stratejiplanlamalarda yeniliklərə yer ayırmışıq. Çünki dövrün tələblərini nəzərəalmadan rəqabətə girmək, inkişaf etmək və keyfiyyətli xidməti təmin etməkmümkün olmazdı.
İnanıram ki, yanaşmamız bizi hədəflərimizə - bankımızın dahada böyüməsi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi, müştərlərimizə həryerdə, hər məqamda yaxın və yaşıl bankçılıq xidmətlərinin təqdim olunmasınadoğru sürətlə aparacaq.
-Bəs yaxın dövrün strategiyasında prioritet sahələr hansılardır?
Bankımızın fəaliyyət strategiyasını qurarkən bir çox məqamıdiqqətə almışıq. Bank sahəsindəki qlobal tendensiyaları, dövrün tələblərini,modern müştəri davranışlarını və ölkəmizin, cəmiyyətin diqqətində olan məsələlərinəzərə alaraq bir neçə istiqamət müəyyənləşdirmişik.
Sahələr şəklində ümumiləşdirsək, yaşıl bankçılıq, rəqəmsalbankçılıq, pərakəndə və korporativ bankçılıq, kart biznesi yaxın dövrlər üçünprioritet istiqamətlərimizdir.
Əlbəttə ki, bunlardan bəziləri, məsələn, pərakəndə vəkorporativ bankçılıq, kart biznesi hər zaman bizim üçün ön planda olub. Sadəcəyenilənmiş strategiya ilə bu istiqamətlərə fərqli yanaşacaq, dövrün yeniliklərini,rəqəmsal bankçılıq meyarlarını tətbiq etməklə müştərilərə daha sürətli və rahatbankçılıq xidmətləri təqdim edəcəyik.
Bunlarla yanaşı, rəqəmsal bankçılıq xidmətlərimizi daha dainkişaf etdirəcəyik. Çünki rəqəmsal platformalara keçid bir çox cəhətdən təbiətinresurslarına qənaət etməyə böyük dəstəkdir.
-Deyə bilərikmi ki, yeni strategiyası ilə Bank of Baku müştərilərinə həm yaxınbankçılıq, həm də yaşıl bankçılıq xidməti göstərəcək?
Bəli, doğru qeyd edirsiniz. Yaxınbankçılıq şüarımız toxunulmazdır, hər zaman olduğu kimi qalacaq. Lakininsanlığa və dünyaya fayda vermək, təbiətin ehtiyatlarını qorumaq üçün mümkünolan addımları atmaq da hər birimizin borcudur.
Bildiyiniz kimi bu mövzuya qlobalvə ölkə səviyyəsində xüsusi diqqət ayrılıb. Cənab Prezident İlham Əliyev tərəfindən2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub, eləcə də 2030-cü ilədəksosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədində 5 prioritetdən biritəmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq müəyyən edilib.
Biz də korporativ sosial məsuliyyətinidərk edən bank olaraq istər bankdaxili, istər müştərilərlə olan fəaliyyətimizdəESİ (Ekoloji, Sosial, İdarəetmə) amilləri hədəflərimiz arasındadır. Ətraf mühitin mühafizəsinə,yaşıllıqların qorunmasına, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş müxtəliflayihələrlə ölkəmizdə aparılan maarifləndirmə işlərinə dəstəyimizi göstərəcəyik.
-Ətraf mühitin mühafizəsi məqsədilə Bank of Baku-da hansı işlər artıqgörülüb?
Belə ki, "Dəyişiklik üçünöncə özündən başlamalı" fikrini əsas tutaraq ilk növbədə bank daxilindəki fəaliyyətimizimüasir sistemlərin köməyilə rəqəmsallaşdırmışıq. Bu da sənədləşmə işlərində kağızdaşıyıcılardan istifadənin azaldılmasına əsaslı təsir göstərib.
Müştərilərimizi onlayn bankçılıq xidmətindən, "Dostbank"mobil tətbiqindən istifadəyə təşviq etməklə nəinki onların rahatlığına nailolmuş, eyni zamanda kağız istifadəsini azaltmışıq.
Ağacları qorumaq üçün müqavilələrimizidə onlayn formada təqdim edir, onlayn kreditlərin payını artırır, eləcə dəATM-lərdə çeksiz istifadəni təklif edirik.
Hətta kommunikasiya layihələrimizdədə təbiətə daha yaxın olmaq, eləcə də yaşıl dünya naminə həmrəylik nümayişetdirmək üçün daha çox ekoloji mövzuya yer ayırmışıq. Həm cəmiyyətimizə faydalıvə maraqlı, həm də Bank of Baku ailəmizə, yəni əməkdaşlarımıza yönəlikaktivliklər planlaşdırmışıq.
Son nəticədə bir ağacı beləqorusaq, təbiətə fayda verərik, lakin məqsədimiz və hədəfimiz ətraf mühitinqorunması yolunda daha böyük addımlar atmaqdır.
-Həmin addımlar, yəni planlaşdırdığınız ekologiya yönümlü layihələr barədə məlumatverə bilərsinizmi?
Əlbəttə! Başladığımız yolda irəliləməküçün planlarımız çoxdur. Layihələrimizi müxtəlif istiqamətlərdə quraraq həmmaarifləndirmə işlərinə dəstəyimizi göstərəcək, həm də yaşıl dünya ilə əlaqədaraksiyalar təşkil edərək təbiətə öz töhfəmizi verəcəyik.
Məsələn, kağızların təkrar emalıilə ağacların qorunmasına çalışacaq, alternativ enerjindən istifadəyə diqqət çəkəcək,gələcəyimiz olan uşaqların, gənclərin maarifləndirilməsi yolunda addımlaratacağıq.
Əlimizdəki bütün resursları səfərbəredərək əməkdaşlarımızı, müştərilərimizi, səsimiz çatacaq hər kəsi təbiətiqorumağa səsləyəcəyik. Hətta bəzi layihələrdə məqsədimizə çatmaq üçün müştərilərimizləbirgə çalışacağıq.
-Rəqəmsal bankçılıq da təbiətin mühafizəsi üçün önəmli resurslardandır.
Bəli, rəqəmsal bankçılıqdakı imkanları,bu istiqamətdəki xidmətləri daha da genişləndirmək yaxın dövr hədəflərimizarasındadır.
Artıq müştərilərimiz filiallara gəlmədən bir çox əməliyyatlarıonlayn şəkildə icra edə bilirlər. Kreditlərin sifarişi, kredit və ya debetkartların sifarişi, kredit ödənişləri, pul köçürmələri, hesab əməliyyatları vəs. kimi bank xidmətləri qısa vaxtda və rahat şəkildə yerinə yetirilir.
Rəqəmsal bankçılıqdakı imkanların artımı ilə mövcud müştərilərimizləəlaqələrimizi daha da sıxlaşdırır, cari və gələcək müştərilərimiz üçünkomfortlu xidmət sahələri yaradır, ən əsası isə təbiəti qorumaq yolundaaddımlar atırıq.
Ümumiyyətlə, bir hədəfə çatmaqüçün öncə yanaşma olmalıdır ki, biz bu mərhələni artıq adlamışıq. Növbəti addımbu yanaşma ilə qurduğumuz planları reallaşdırmaqdır ki, planların da icrasıartıq başlayıb. Gedişat barədə isə hər zamanki kimi sizin, yəni medianın köməyi,eləcə də rəsmi saytımız və sosial media kanallarımız vasitəsilə cəmiyyətimizməlumatlandırılacaq.
Yaxın zamanlardastrategiyalarımızla bağlı yenidən görüşəcəyik.
-Müsahibə üçün təşəkkür edirik! / azxeber.com

İqtisadiyyat       Tarix: 15 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniy

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda

City Garden Narimanov-da təməldən mənzil satışları davamedir. Bakını coğrafi mərkəzində yerləşən meqa yaşayış kompleksiCity Garden Narimanov-dan sevindirən xəbər var. Alıcıların gözlədiyi təməldən mənzil seçimi artıq mümkündür

Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. xəbər verir ki, bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərin

Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in "Oflayn Qadınlar" sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbü

Qızıl bu tarixdən bahalaşacaq

Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur. Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə is

Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?

Bakıda bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdən də yan keçməyib. Məhsulların alış qiymətinin yüksək olması onların alıcılara da baha təklif edilməsinə səbəb olur. Bazarlarda mövsümi məhsullar bol ols

Azərbaycanda yeni biznes xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xeberler az idman xeberleri cəbhədən son dəqiqə