"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq

Universitetə yüksək balla qəbul olmaq böyük uğurdur. Bu uğurun arxasında bəzən çətin sosial şəraitdə göstərilən zəhmət, əzmkarlıq və böyük bir gələcək arzusu dayanır. İndi həmin zəhmətin dəstəklənməsi üçün daha bir fürsət var!
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə həyata keçirdiyi "Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na qəbul davam edir. Proqram çərçivəsində sosial baxımdan həssas qrupa aid olan, ali məktəblərə qəbul imtahanında minimum 600 bal toplayan və bakalavr üzrə I kursda əyani təhsil alan 20 tələbəyə təqaüd veriləcək.
Seçilən hər bir tələbə 10 ay ərzində hər ay 200 manat olmaqla, ümumilikdə 2 000 manat təqaüd alacaq. Bu dəstək tələbələrin təhsil həyatına və şəxsi inkişafına töhfə verməyi hədəfləyir.
Proqramda iştirak etmək üçün namizədlərin seçimi aşağıdakı meyarlar üzrə aparılacaq.
Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin I kursunda əyani təhsil almaq;
Qəbul imtahanında minimum 600 bal toplamaq;
Könüllülük, sosial və digər dərsdənkənar fəaliyyətlərdə fəal iştirak etmək;
Aşağıdakı sosial meyarlardan ən azı birinə uyğun olmaq:
o ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olmaq;
o orqanizmin funksiyalarının 31–60, 61–80 və ya 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmaq;
o valideynlərini itirmiş və ya uşaq evində böyümüş şəxs olmaq.
Namizədlər onlayn müraciət, qiymətləndirmə və müsahibə olmaqla 3 mərhələdə qiymətləndiriləcəklər. Seçim zamanı onların sosial vəziyyəti, akademik göstəriciləri və motivasiya məktubu nəzərə alınacaq.
Fürsəti dəyərləndirmək üçün son müraciət tarixi 6 dekabr 2026-cı ildir.
Təqaüd proqramına qoşulmaq üçün:  www.b-b.az/tnql
Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanan şəxslər bu proqrama müraciət edə bilməzlər. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 28 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu ("IBF-2026") işə başlayıb. xəbər verir ki, sabah başa çatacaq tədbir "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin "Mastercard" beynəlxal

Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur?

Bakının Nərimanov rayonunda mənzil almağıplanlaşdıranlar üçün Kristalın City Garden Narimanov yaşayış kompleksində birneçə satış modeli təqdim olunur. Alıcılar mənzilin tikinti mərhələsinə, sahəsinəvə öz maliyyə imkanların

City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka

Bakının mərkəzində mənzil axtaranlar üçün əsasmeyarlar yalnız qiymət və otaq sayı ilə məhdudlaşmır. Əlverişli yerləşmə, genişyaşıllıq sahələri, təmir keyfiyyəti və uyğun ödəniş şərtləri də seçim zamanımühüm rol oynayır. "Kristal"ı

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları

Aytac İmanova: "Evlərin dizaynında istifadə etdiyimiz daşlar evin xarakterini müəyyən edir

Memar-dizaynerAzərbaycan evlərində İtaliya daşlarından istifadə və düzgün material seçimi barədə danışıb. xəbər verir ki, son illər Azərbaycanda yaşayış interyerlərində təbii daşa və onun müasir texnoloji alternativlərin

Milyarder səkkiz ay ərzində sərvətini itirdi

Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların arta

PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

PAŞA Bank 12 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli dialoqda iştirak edib. Azərbaycan Pavilyonunda baş tutan tədbird

Biləcəridə 2-4 otaqlı mənzillər üçün son satış təklifləri

Bakının Biləcəri qəsəbəsində, "Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın Biləcəri Yaşayış Kompleksində mənzil seçimləri məhdudlaşır. Hazırda layihədə 50,16 kv.m sahəli 2 otaqlı studiyalarda

"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq

Universitetə yüksək balla qəbul olmaq böyük uğurdur. Bu uğurun arxasında bəzən çətin sosial şəraitdə göstərilən zəhmət, əzmkarlıq və böyük bir gələcək arzusu dayanır. İndi həmin zəhmətin dəstəklənməsi üçün daha bir fürsə


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 sonxəbər xeber.az iqtisadiyyat xeberleri bugun