Aytac İmanova: "Evlərin dizaynında istifadə etdiyimiz daşlar evin xarakterini müəyyən edir
Memar-dizaynerAzərbaycan evlərində İtaliya daşlarından istifadə və düzgün material seçimi barədə danışıb
azxeber.com xəbər verir ki, son illər Azərbaycanda yaşayış interyerlərində təbii daşa və onun müasir texnoloji alternativlərinə maraq artır. Mətbəx dəzgahından kamin üzlüyünədək, vanna otağından qonaq otağının dekorativ detallarınadək daş interyerin əsas elementlərindən birinə çevrilib.
İnteryer dizayneri Aytac İmanova bu yaxınlarda Bakıda keçirilən İtaliya daş materiallarının təqdimatında iştirak edib. O, Azərbaycan ev üslubunda italyan daşlarından necə istifadə etmək mümkün olduğu və daş seçərkən nələrə diqqət yetirilməli olduğu barədə fikirlərini bölüşüb.
Ənənəvi zövq və müasir texnologiya
Memar-dizaynerin sözlərinə görə, Azərbaycan interyerləri ifadəli və detallı həlləri ilə seçilir. Bu da materiala xüsusi tələblər qoyur.
"Bizim evlərdə xüsusi kəsimli dəzgah kənarları, çərçivəli detallar və zəngin naxışlar çox sevilir. Bu, sadəcə dəb deyil, yerli zövqün bir hissəsidir. Uzun müddət belə işləmələri əsasən təbii mərmərlə əldə etmək mümkün idi. İndi isə İtaliyanın müasir texnologiyaları sayəsində eyni estetik yanaşmanı keramoqranit materiallarında da tətbiq etmək olur. Bu, dizayn üçün çox geniş imkanlar açır", – deyə A. İmanova bildirib.
Mütəxəssisin fikrincə, italyan daşları klassik Azərbaycan estetikasını müasir funksionallıqla uğurla birləşdirir. Bu materiallar həm ənənəvi, detallı interyerlərdə, həm də sadə xətli müasir məkanlarda eyni dərəcədə yaxşı görünür.
Daş seçərkən nəyə diqqət yetirilməlidir?
Aytac İmanova daş seçimində bir neçə əsas meyarı önə çəkib.
Memar ilk növbədə naxışın bütövlüyünə baxmağı tövsiyə edir: "Daşın naxışı yalnız səthdə deyil, kənarlarda da davam etdikdə daha uğurlu görünür.Detallı işləmələr planlaşdırılırsa, bu, ən vacib meyardır".
Onun sözlərinə görə, materialın müxtəlif qalınlıqlarda təqdim olunması da mühüm üstünlükdür. Nazik plitələr sinəlik və mebel üzlüyü üçün, qalın plitələr isə dəzgah və mətbəx adaları üçün daha uyğundur.
Mütəxəssis gündəlik istifadədə dayanıqlığın da vacib olduğunu vurğulayıb: "Bizim mətbəxlərdə çox yemək bişirilir, qazan və isti qablar çox vaxt birbaşa dəzgahın üzərinə qoyulur. Buna görə daş yüksək temperatura və cızılmaya davamlı olmalı, ləkə tutmamalıdır".
A. İmanova həmçinin qeyd edib ki, mətbəx dəzgahı, sinəlik, sanitar qobşaq və döşəmə üçün materiala qoyulan texniki tələblər fərqlidir. Buna görə də hər zona üçün seçim ayrıca aparılmalıdır. Memar- dizayner daş nümunəsini mümkün qədər böyük ölçüdə və gün işığında görməyi məsləhət bilir, çünki kataloqdakı rəng çox vaxt otaqdakı görüntüdən fərqlənir.
"Praktik olmayan gözəllik tez yorur"
Memarın müştərilərə əsas tövsiyəsi seçimi yalnız xarici görünüşə əsasən etməməkdir.
"Daş illərlə istifadə olunur. Müştəri ilk növbədə öz həyat tərzini düşünməlidir: ailə nə qədər böyükdür, mətbəxdən nə dərəcədə fəal istifadə olunur, baxım üçün nə qədər vaxt ayırmağa hazırdır. Gözəllik vacibdir, lakin praktik olmayan gözəllik tez yorur. Doğru seçim həm göz oxşayan, həm də gündəlik həyatı asanlaşdıran materialdır", – deyə o bildirib.
Tədbirdən təəssüratlar
Aytac İmanova təqdimatdan aldığı təəssüratları da bölüşüb. O, G Stone şirkətində nümayiş olunan SapienStone materiallarını layihələrində tez-tez istifadə etdiyini deyib.
"Burada yuxarıda sadaladığım meyarların əksəriyyəti bir materialda cəmlənib. Naxış kənarlarda da davam edir, müxtəlif qalınlıqlar mövcuddur, material cızılmaya və yüksək temperatura davamlıdır. Bu cür keyfiyyətli materiallar Azərbaycan interyerinə xas olan detallı həlləri daha praktik şəkildə reallaşdırmağa imkan verir", – deyə memar-dizayner vurğulayıb.
Sonda mütəxəssis düzgün seçilmiş daşın evin xarakterini müəyyən etdiyini, buna görə də bu seçimə tələsmədən və peşəkar məsləhət alaraq yanaşmağın vacib olduğunu qeyd edib.






İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək
Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?
Azərbaycanda palçıq vulkanı püskürdü
ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA
Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı
Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
"Sabah" - "Barselona" matçının ən yaxşısı odur
Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza
Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib
Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman
Mbappe əfsanəvi Ronaldonu geridə qoydu