Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib

Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edibÖlkəmizin aparıcı banklarından biri olan Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu (SİF) 22 iyul - Milli Mətbuat Günü ərəfəsində ölkənin aparıcı media nümayəndələri üçün ənənəvi press-tur təşkil edib.
2 gün davam edən press-tur çərçivəsində mətbuat nümayəndələri SİF və Bank Respublika dəstəyi ilə Lənkəranda sahibkarlıq fəaliyyəti göstərən müəssisə və təsərrüfatlarla tanış olublar.
Media nümayəndələri ilk öncə Lənkəranda qənnadı məhsullarının istehsalı ilə məşğul olan "La Ran"  müəssisəsinin fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, müəssisədə istehsal edilən 5 növdə və 56 çeşiddə qənnadı məhsulları daxili bazarla yanaşı, "Made in Azerbaijan" brendi altında bir çox xarici ölkəyə ixrac olunur.
Daha sonra media nümayəndələri "Lenk Fruit" MMC-nin Lənkəran rayonunun Separadi kəndində salınmış sitrus bağlarında olublar. Görüşdə bildirilib ki, təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Avropa bazarlarına da ixrac edilir. 
Səfər çərçivəsində "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov media nümayəndələri ilə görüşüb. Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edən Bankın sədri, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb. Görüşdə həmçinin, Bank Respublika-ın son illərdə əldə etdiyi uğurlu nəticələr haqda ətraflı məlumat verilib, SİF ilə uğurlu əməkdaşlıq sayəsində ölkəmizdəki sahibkarlara verilən dəstəkdən söz açılıb. Səmimi şəraitdə keçən görüşdə Bankın sədri media nümayəndələrinin suallarını cavablandırıb və belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edibBank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edibBank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib/ azxeber.com

İqtisadiyyat       Tarix: 22 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler qurban bayrami 2026 xəbər az apa.az xeberler