Bank Respublika, Wolt və VISA dünyada ilk dəfə olaraq birgə kobrend kartını təqdim etdilər

Bank Respublika, Wolt və VISA dünyada ilk dəfə olaraq birgə kobrend kartını təqdim etdilərMüştərilərini hər zaman maraqlı və sərfəli təkliflərlə sevindirən Bank Respublika, yerli kommersiya platforması Wolt ilə əməkdaşlıq çərçivəsində, VISA ödəniş sistemi bazasında yeni kobrend kartını bazara təqdim etdi.
Məhdud sayda buraxılan yeni Wolt kobrend kartı öz sahiblərinə həm onlayn sifarişlərdə, həm də bank kartından gündəlik istifadədə bir çox üstünlüklər təqdim edir. Belə ki, Wolt kart sahibləri Wolt əlavəsində sifarişlər zamanı eksklüziv endirimlər və sifariş məbləğinin 5%-i həcmində keşbek əldə edəcəklər. Yeni kart VISA ödəniş sisteminin bütün üstünlükləri və "Bank Respublika"nın bank xidmətlərinin rahatlığı var. Qeyd edək ki, Wolt kartı tamamilə PULSUZ və ilkin ödənişsiz təqdim olunur!
Bununla yanaşı, 31 yanvar 2023-cü il tarixinədək davam edəcək kampaniya çərçivəsində müştərilər Wolt xidməti üzrə ödənişlərdən əlavə, bu kartla edilən bütün digər ödənişlər üçün də 1% keşbek əldə edəcəklər.
"Bu kartın ən mühüm xüsusiyyəti – hər biri öz sahəsinin liderlərdən biri olan 3 nüfuzlu şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Mən Wolt və Visa komandalarına Wolt kobrend kartını dünyada ilk dəfə təqdim etmək imkanı verdiklərinə görə təşəkkür etmək istərdim. Əminik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq və müştərilərimiz üçün yeni imkanlar yaradacaq." deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
"Biz çox şadıq ki, bizim ko-brend kartımız istifadəçilərə Wolt əlavəsində mövcud olan restoran və mağazalardan alış-veriş edərkən pozitiv təcrübə əldə etmək imkanı təqdim edir. Bu kartla bütün istifadəçilər Wolt-kredit formasında 5% keşbek qazanacaqlar ki, bu da sonrakı sifarişlərdə endirim kimi istifadə oluna bilər. Gələcəkdə biz bu kart əsasında loyallıq proqramı yaratmağı planlaşdırırıq ki, bu da bizə istifadəçilərə yeni və sərfəli təkliflər təqdim etməyə imkan verəcək", - deyə Wolt şirkətinin Azərbaycandakı baş meneceri Tofiq Süleymanov bildirib.
"Bu gün biz Azərbaycanda nağdsız iqtisadiyyatın fəal inkişafının şahidi oluruq. Söhbət həm ölkədə aparılan əməliyyatların ümumi həcminin artmasından, həm də elektron ticarətin ayrıca sahə kimi inkişafından gedir. Visa bu prosesə öz töhfəsini verir, çünki şirkətin strateji məqsədi insanlara alış-veriş etmək üçün sürətli, rahat və ən əsası təhlükəsiz bir həll təqdim etməkdir. Bu səbəbdən biz, Wolt və Bank Respublika ilə birlikdə sahiblərinə endirimlər və xoş bonuslar təqdim edəcək ilk kobrend kartı təqdim etməkdən məmnunuq. Əminəm ki, bu, Azərbaycan iqtisadiyyatının daha da rəqəmsallaşmasına və inkişafına töhfə verəcək", - deyə VISA şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 03 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


azerbaycan xeberleri son xeberler yeni xeberler idman xeberleri en yeni xeberler dunyada son xeberler cəbhədən xəbər