Banklar "batır": Pullarımızın aqibəti necə olacaq?

Banklar Bankların 2024-ci ilin birinci rübünə olan hesabatına əsasən, ölkədə fəaliyyət göstərən və olduqca məşhur olan 3 bankda depozit məbləğlərinin kəskin azalması müşahidə olunub.
Silsilə formada çəkilən depozitlərin ümumi məbləği nə az nə çox, 112 milyon manat təşkil edir. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
Çox adam son günlər baş verən prosesin bir çox bankların batmasının ilk siqnalları kimi qiymətləndirir.
Bəs görəsən həqiqətən bankları belə bir təhlükə gözləyir? 
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bəzi banklarda depozit faizləri ilə bağlı kəskin fərqlər meydana gəlib:
"Məsələ burasındadır ki, bəzi banklarda depozitlərin faizləri ilə bağlı fərqlər yaranmağa başlayıb. Bu fərqlərdən biri də ondan ibarətdir ki, Azərbaycanda çox nüfuzlu banklardan biri, "Kapital Bank" depozit faizlərini 10 faizə qaldırıb. Eyni zamanda bu bank digərlərinə nisbətən daha etibarlı və batma ehtimalı 0-a bərabər olduğu üçün bəzi müştərilər digər banklardan öz vəsaitlərini çıxarıb həmin banka yerləşdirməyə başladılar. Baxsaq görərik ki, "Kapital Bank"da depozitlərdə başqa banklara nisbətən artım müşahidə olunur".
Ekspert depozitlərin kütləvi çıxarılmasın digər səbəblərinə də aydınlıq gətirib:
"Digər tərəfdən vətəndaşlar depozitləri həm də öz ehtiyaclarını ödəmək üçün çıxarır. Maaş və yaxud digər gəlirlər azaldıqca insanlar məcburən depozitlərini xərcləməyə başlayır. Depozitlərin kütləvi formada çıxarılmasında bunun da ciddi təsirləri var. Düşünürəm ki, əsas məsələlərdən biri də məhz elə budur. Vətəndaşların gəliri əgər xərclərini qarşılamırsa, artıq depozitlərdən də istifadə etməyə məcbur qalırlar. Həmçinin xatırlayırsınızsa, yanvar-fevral aylarında valyuta ilə bağlı ciddi ajotaj oldu. Dolların bahalaşacağı və məzənnənin dəyişəcəyi ilə bağlı xəbərlər dolaşdı. Nəticə etibarı ilə, həmin xəbərlər fonunda vətəndaşların bir çoxu manat depozitlərini çıxararaq, daha çox valyutaya çevirməyə üstünlük verdilər".  (Yenisabah.az)

Sosial       Tarix: 18 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com xeberler az valyuta mezennesi banklar xəbər az