Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt

Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərtKredit tarixçəsi bankların müştərilərin kredit müraciətlərini qiymətləndirərkən diqqət yetirdiyi əsas amillərdən biridir. Əvvəlki kreditlərin vaxtında ödənilməsi müştərinin etibarlı borcalan kimi qiymətləndirilməsinə kömək etdiyi halda, ödənişlərdə yol verilən gecikmələr onun növbəti kredit müraciətinə mənfi təsir göstərə bilər. Bu isə kreditin təsdiqlənməsinə, ayrılacaq məbləğə, ödəniş müddətinə və faiz dərəcəsinə təsirsiz ötüşmür.
Bəs, mənfi kredit tarixçəsi olan şəxslər yeni kredit almaq imkanını tamamilə itirirlərmi? Vaxtında ödənilən kreditlər daha sərfəli şərtlərlə borc götürməyə necə şərait yaradır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kredit tarixçəsi həm banklar, həm də müştərilər üçün vacib göstəricilərdən biridir. Onun sözlərinə görə, müsbət kredit tarixçəsi daha əlverişli şərtlərlə maliyyə vəsaiti əldə etmək imkanlarını artırdığı halda, mənfi tarixçə kredit şərtlərinin sərtləşməsinə, hətta müraciətin rədd edilməsinə səbəb ola bilər.
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərtEkspert qeyd edib ki, banklar müştərinin əvvəlki kredit öhdəliklərini necə yerinə yetirdiyinə əsasən onun borclarını qaytarmaq etibarlılığını qiymətləndirirlər. Kredit ödənişlərini vaxtında həyata keçirən şəxslərin daha böyük məbləğdə, uzun müddətə və aşağı faizlə kredit əldə etmək ehtimalı yüksək olur.
Əksinə, əvvəlki kreditlər üzrə problemləri və ödəniş gecikmələri olan şəxslər yeni kredit müraciəti zamanı çətinliklərlə üzləşə bilərlər. Belə hallarda bank müştərinin kredit müraciətini rədd edə, məbləği azalda, ödəniş müddətini qısalda və ya faiz dərəcəsini yüksəldə bilər.
Beləliklə, kredit tarixçəsi yalnız yeni kreditin təsdiqlənməsinə deyil, həm də müştəriyə təklif ediləcək maliyyə şərtlərinə təsir göstərir. Bu səbəbdən mövcud kredit öhdəliklərinin vaxtında yerinə yetirilməsi gələcəkdə daha sərfəli kredit imkanlarından yararlanmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 27 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. -a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürüc

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. -a istinadla xəbər verir ki, "Servan Kəlbəcər" MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 min 66 manat vergi borcu yaranıb. Dövlət Vergi Xidmətini

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır. İllər əvvəl öz vəsaiti hesabın

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədidə bir ailənin 4 üzvünün yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.  "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Arazbar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1979-c

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. Hadisə işə gedən zaman baş verib. /

Şahdağ və Kəlbəcərə qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrin

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb

Cəlilabad rayonunda, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq sahədə baş vermiş yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində təxminə


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az