Barak Obama: "Əgər dünyanı qadınlar idarə etsəydi..."
"Dünyadakı hər bir ölkə iki il boyunca yalnız qadınlar tərəfindən idarə edilsəydi, hər mövzuda, yaşayış səviyyəsində yaxşılaşma olacağından qətiyyətli şəkildə əminəm".
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Barak Obama deyib.
Sinqapurda liderliklə bağlı konfransda çıxış edən sabiq prezident dünyadakı bir çox problemin gücü əlində saxlayan, əksəriyyəti kişilərdən ibarət qocalardan ibarət olduğunu bildirib.
"Qadınlar, bilməyinizi istəyirəm, mükəmməl deyilsiniz, amma mübahisəsiz, bizdən (kişilərdən) daha yaxşısınız", - Obama çıxışında qeyd edib.
Sabiq prezident siyasətə geri qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Dünyaya və problemlərə baxdığınızda, ümumilikdə yaşlı insanların, qoca kişilərin kənara çəkilmədiklərini görürsünüz. Siyasi liderlərin özlərinə bunu xatırlatmaları önəmlidir: orada bir iş görmək üçün dayanmısınız, amma ömür boyu dayanmırsınız".
Qeyd edək ki, Barak Obama 2008 və 2012-ci illərdə ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlmişdi. O, vəzifəsini başa vurduqdan sonra həyat yoldaşı ilə birlikdə dünyanı gəzərək konfranslar keçirir.
Zümrüd /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz