"Barselona" ilə bağlı korrupsiya qalmaqalı
Messi "Barselona" ilə bağlı korrupsiya qalmaqalını diqqətlə izləyir.
KONKRET.az bildirir ki, 35 yaşlı Messi Çempionlar Liqasında oynamaq istəyir və bu səbəbdən Barselona"nın turnirdə iştirak etməsi onun üçün vacibdir. Bu baxımdan o, işin gedişatını diqqətlə izləyir.
Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roseli İspaniyanın texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya rüşvət verməkdə ittiham edib.
İddiaya görə, Neqreira 2001-2018-ci illərdə klubdan 7,3 milyon avro alıb. Klub isə Neqreyranın hazırladığı hakim hesabatları üçün pul ödədiyini bəyan edib.
UEFA-nın bu yay "Barsa"nı cəzalandırmayacağı və məhkəmənin qərarını gözləyəcəyi bildirilirdi. Hazırda Kataloniya prezidenti Joan Laporta və UEFA rəhbəri Aleksander Çeferinin mövqeləri yaxınlaşıb. "Barselona"ya qarşı heç bir cəzanın təyin edilməyəcəyinə dair optimizm var, lakin buna təminat verilmir.
Messi karyerasını Avropada davam etdirmək variantına üstünlük verir. O Səudiyyədən 400 milyon avro təklifinə, "İnter-Mayami"də oynamağa maraq göstərmir.
PSJ Messi ilə müqaviləsini iyunun 30-a qədər uzatmaq istəyir,. "Barselona" isə Leonu geri qaytarmaq istədiyini açıq şəkildə bildirsə də, hələ ki, ona təklif göndərməyib.//Azpost.info

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi