"Barselona" Yamala şərt qoydu
İspaniya millisinin və "Barselona"nın gənc ulduzu Lamine Yamal 2026-cı il dünya çempionatının ilk oyununa hazır olacaq.
KONKRET.azxəbər verir ki, aprel ayında zədələnən vingerin bərpa prosesi artıq yekunlaşmaq üzrədir.
İspaniyanın "AS" nəşrinin yaydığı məlumata görə, "Barselona" rəhbərliyi Yamalın mundialın ilk matçında meydana qayıtmasına və milliyə kömək etməsinə razılıq verib. Lakin Kataloniya təmsilçisi bununla bağlı xüsusi şərt irəli sürüb.
Klub futbolçunun zədəsinin təkrarlanmaması üçün meydana dönüşünün mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Klubun şərtinə əsasən, Yamalın oyun müddəti belə tənzimlənməlidir:
İlk oyunda: Təxminən 15 dəqiqə
İkinci oyunda: 45-60 dəqiqə
Növbəti oyunlarda: Yalnız bu mərhələlərdən sonra tam matçlarda iştirak.
Qeyd edək ki, İspaniya yığması dünya çempionatında ilk matçını iyunun 15-də Kabo-Verde seçməsinə qarşı keçirəcək. (qol.az)

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA