Baş bankir ekspertlərlə nələri müzakirə edib? - Gələn il bir çox yenilik olacaq

Baş bankir ekspertlərlə nələri müzakirə edib? - Gələn il bir çox yenilik olacaqAzərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov növbəti dəfə ölkədəki iqtisadçı-ekspertlərlə görüş keçirib. Bu barədə AMB-nin sədri "X" sosial şəbəkəsində hesabında bildirib.
"Görüşdən öncə ekspertləri maraqlandıran bir sıra mövzular üzrə AMB-nin nümayəndələrinin məlumat xarakterli təqdimatlar da baş tutdu. Görüş zamanı aktual mövzular üzərində fikir mübadiləsi aparıldı və ekspertləri düşündürən suallara münasibət bildirildi. Növbəti ildə də görüşlərimiz davam edəcək", – deyə o qeyd edib.
KONKRET.az xəbər verir ki, görüşdə iştirak edən iqtisadçı-ekspertlərdən biri Natiq Cəfərli olub. O, Modern.az-a görüşdə müzakirə olunan məsələlərlə bağlı danışıb.
Natiq Cəfərli görüşdə bir çox məsələnin müzakirə olunduğunu, danışıqların açıq, səmimi, detallı keçdiyini bildirib.
"Bu görüşün özü fakt olaraq doğru və maraqlı bir formatdır. Bu ilk deyil. Bundan öncə də bənzər bir görüşümüz olmuşdu. Kifayət qədər açıq, səmimi, detallı müzakirələr oldu. Bu faktın özü, Mərkəzi Bankın müstəqil ekspertlərlə görüşlərinin mütamadi keçirilməsi özlüyündə pozitiv yenilikdir, doğru olan istiqamətdir", – o deyib.
Baş bankir ekspertlərlə nələri müzakirə edib? - Gələn il bir çox yenilik olacaqEkspert bildirib ki, görüş zamanı əvvəlcə inflyasiyanın hesablanma metodologiyası ilə bağlı Mərkəzi Bankın təqdimatları oldu.
"Texniki məsələlər olduğu üçün texniki suallar daha çox idi. Hesablama qaydaları, hansı metodologiyan istifadə olunur və sair kimi suallara düşünürəm ki, MB rəhbərliyi aydın cavab verdi. Daha sonra hörmətli Taleh müəllimlə sual-cavab mərhələsi başladı. Ən çox müzakirə olunan məsələlər təbii ki, ölkədə bir neçə bankın kifayət qədər böyük bank kapitalına, bank bazarında çox böyük paya malik olması idi. Ölkədə 3 bank bazarın 70-75 faizinə nəzarət edir. Bu da rəqabətli mühit üçün çox böyük problemdir", – Natiq Cəfərli deyib.
O vurğulayıb ki, Mərkəzi Bank rəhbərliyinin dediyinə görə, gələn ildən dövlət büdcəsindən maliyyələşən, maaş alan, təqaüd alan şəxslərin istənilən bankları seçmə imkanı olacaq:
"Bu orta və kiçik bankların da həmin kateqoriyadan olan insanları müştəri kimi cəlb etmək imkanı yaradır, doğru olan da elə budur. Bu bank bazarının differensiallaşmasına xidmət edəcək. Müştərilən böyük əksəriyyəti – 2 milyon 300 minə yaxın insan maaş, təqaüd, sosial müavinət alır. Həmin şəxslərin əksəriyyəti iki böyük bankda qeydiyyatdır. Müştərilərin digər banklara keçməsi rəqabətli mühit üçün pozitiv məsələ olacaq. Bundan başqa kredit faizləri ilə bağlı müzakirələr əsas müzakirə predmeti idi. Regionlarda kreditlərin verilməsinin çətin olduğu, aqrar sektora demək olar ki, kreditlər verilməməsi ilə bağlı məsələ qadırıldı. Biz bilirik ki, Mərkəzi Bank kreditin faizini təyin edən, banklara hər hansı bir göstəriş verən bir qurum deyil. Bankların əksəriyyəti özəldir. Yalnız ikisi dövlərdir və MB birbaşa müdaxilə edə bilmir. Lakin MB-ın əlində bəzi alətlər, o cümlədən uçot dərəcəsi, qısamüddətli və uzunmüddətli müəyyən bankların qiymətli kağızlar müqabilində kredit xətləri açmaq kimi imkanları var. Müzakirələr zamanı belə fikirlər səsləndirildi ki, regionların kreditləşməsinin artırılması üçün stimullara ehtiyac var. Banklara müəyyən stimullar verilməlidir, stimullaşdırma proqramları qəbul edilməlidir ki, regionlarda aqrar sektorda çalışan fermerlər uzunmüddətli aşağı faizli kreditlər ala bilsinlər. Gələcəkdə həll yollarının tapılması ilə bağlı müəyyən müzakirələr getdiyi söylənildi. Sonradan MB-ın 3 illik strategiyasının qəbul olunacağı və yanvarda onun təqdimatı olacağı söylənildi, bizim qaldırdığımız bir çox məsələlərin öz həllini tapacağı deyildi. Yanvarda çox güman yenə görüşlər olacaq. Bu görüş zamanı həmin prezentasiyalar təqdim olunacaq. Bundan sonra ictimaiyyətə açıqlanacaq. Bunun özü Mərkəzi Bankın güvənliyini, həm də gələcəyə baxışlarını açıq şəkildə ortaya qoya bilər. Artıq bu strategiya açıqlandıqdan sonra buna uyğun biz də təklif, tənqid, fikirlərimizi söyləyəcəyimizi öncədən dedik və yəqin ki, yanvar ayında bu strategiya açıqlanacaq".
Baş bankir ekspertlərlə nələri müzakirə edib? - Gələn il bir çox yenilik olacaqO, ekspertlər tərəfindən Mərkəzi Banka bir sıra təkliflər verildiyini qeyd edib.
"Mən bir necə tez həll oluna biləcək təkliflər də verdim. Bu yaxınlarda Mərkəzi Bank bankların hansılardan daha çox şikayət olması barədə reytinqini açıqlamışdı. Mənim irad və təklifim ondan ibarət oldu ki, bu açıqlanarkən doğru düzgün izah olunmalı ki, hansı bankdan daha çox şikayət olub, lakin müştəri bazasına bölünüb bir əmsal çıxarılmamışdı. Razılaşdırıldı ki, bununla bağlı maarifləndirici açıqlama veriləcək. Həmin reytinq açıqlanarkən bir çox insanda şübhə yaranmışdı ki, şikayət çox olan bankların bağlanması gündəmə gələ bilər, onlara qarşı hər hansı bir addım atıla bilər. Mən bu məsələni qaldırdım, razılaşdırlar və dedilər ki, gələn görüşlərdə daha geniş və izahlı şəkildə açıqlanacaq. Bundan başqa Mərkəzi Bankın press-relizləri yayılarkən faiz artımı ilə bağlı məsələni də qaldırdım. Faiz artımı və yaxud faiz azalması fərq etməz, bunun məqsədləri ilə bağlı bazar oyunçularına daha açıq mesajlar verilməlidir, biz məsələn Federal Rezerv Sistemi Amerikada faizi niyə qaldırır və aşağı salır bilirik. Çünki bu press-relizlərində açıq yazılır. Lakin Mərkəzi Bankda bu daha açıq şəkildə qeyd olunmur. Bunla bağlı da daha geniş açıqlamaların olacağını söylədilər. Orada bağlanan banklarda kommersiya şirkətlərinin depozitlərinin geri qaytarılması ilə bağlı ciddi problemlərə toxunuldu. Sığortalı vətəndaşların əmanətləri qaytarılır. Lakin özəl sektorun buradakı əmanətləri və hesablarındakı pul illər keçsə də, qaytarılmır və yaxud çox çətinliklə qaytarılır."
Ekspert görüşdə devalvasiya gözləntisi haqqında məsələdən danışıldığını da vurğulayıb: "Bir neçə sualda manatın məzənnəsi ilə bağlı məsələ qaldırıldı. MB əvvəlki rəhbərlik zamanı üzən məzənnəyə keçəcəkləri ilə bağlı 2016-2017-ci illərdə hədəf qoyulmuşdu. Tam səmimi şəkildə yeni rəhbərlik bildirir ki, bizdə üzən məzənnə mümkün deyil. Bizdə tənzimlənən məzənnə rejimidir və bu rejimin ən azı gələn il də davam edəcəyi ilə bağlı bir açıqlama eşitdik."
İqtisadçı hər hansı bankın bağlanmasının nəzərdə tutulmadığını qeyd edib: "Deyilənlər dən belə məlum oldu ki, çürük bankların demək olar ki, tamamı artıq bazardan çıxıb. Problemli banklar demək olar ki, qalmayıb. Açıqlamalardan bu nəticəyə gəlmək olar ki, ən azından bugünkü vəziyyətə görə maliyyə sabitliyinə təsir göstərə biləcək hansısa bir bankın bağlanması nəzərdə tutulmur."

Sosial       Tarix: 07 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd

Ağstafaya dolu düşdü

Ağstafa rayonuna iri həcmli dolu düşüb. xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrin

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirir

Uşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az xeber az en yeni xeberler dunyada son xeberler