Baş nazir 14 ailə üzvünü yubileyinə topladı, QALMAQAL QOPDU

Baş nazir 14 ailə üzvünü yubileyinə topladı, QALMAQAL QOPDUNorveçdə ölkənin baş naziri Erna Sulberqə qarşı təhqiqat başladılıb. Virtualaz.org "Bloomberg"ə istinadən xəbər verir ki, onu 10-dan çox adamın bir yerə toplaşmasına şərait yaratmaqla karantin rejimini pozmaqda günahlandırırlar.
Bununla bağlı Norveç polisi martın 19-da baş nazirə qarşı araşdırma başladıb, ölkənin səhiyyə naziri isə Erna Sulberqi publik qaydada tənqid edib.
Publika.az xəbər verir ki, baş nazirə qarşı başladılan təhqiqatın səbəbi onun 60 illik yubileyini qeyd etmək üçün ailə üzvlərini ölkənin dağ-xizək kurortlarından birinə dəvət etməsidir. Belə ki, yerli mətbuat baş nazirin fevralın 25-də restoranlardan birində keçirilən yubileyinə onun 13 ailə üzvünün qatıldığını üzə çıxarıb. Həmin vaxt Erna Sulberq özü məclisdə olmayıb, çünki xəstəxanaya səfər etmişdi. Ertəsi gün isə məclis kirayə mənzildə təşkil edilib, ora baş nazir özü də daxil olmaqla cəmi 14 nəfər toplaşıb.
Bütün bunlar haqda martın 18-də Norveçin NRK telekanalı xəbər verib. Ertəsigün polis baş nazirə qarşı karantin rejiminin pozulması ilə bağlı təhqiqat başladıb. Həmin gün axşam Erna Sulberq özünün Facebook səhifəsindən baş verənlərlə bağlı üzrxahlıq edib. "Bir ildən çoxdur mən hamını infeksiyadan qorunmağa çağırırdım və tövsiyələr verirdim. Norveçlilərin çoxları bunlara riayət edib. Nəticədə Norveç bir çox digər ölkələrə nisbətən virusun öhdəsindən daha yaxşı gəlir. Mənim baş nazir kimi qaydalara və tövsiyələrə əməl edilməsi ilə bağlı xüsusi məsuliyyətim var. Mən düz hərəkət eləmədim və çox təəsüflənirəm",-o bildirib.
Sulberq habelə NRK telekanalının efirində bildirib ki, cərimə ödəməyə hazırdır və indiki halda ən pisi məhdudiyyətlər barədə qərar qəbul edənlərə etimadın sarsılmasıdır. O, əlavə edib ki, norveçlilərin daha yaxşı baş naziri olacağına ümid edir. Bununla da baş nazir istefa verməyə hazır olduğunu ifadə edib.
Erna Sulberq Mühafizəkarlar partiyasının lideridir, onun parrtiyası ötən seçkilərdə 25 faiz səslə birinci yeri tutub. Bu ilin sentyabrında Norveçdə yeni seçkilər olacaq. / "VirtualAz"

Dünya       Tarix: 22 mart 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün hava azerbaycan son xeber bugun ən son xeberler