Baş naziri 38 ildən sonra istefa verdi

Baş naziri 38 ildən sonra istefa verdiKambocanın Baş naziri Hun Sen 38 ildən sonra istefa verdiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, o, baş nazir postunu oğlu general Xun Manetə verib.
Qeyd edək ki, iyulun 23-də Kambocada Milli Assambleyaya (parlamentin Aşağı Palatası) keçirilən seçkilərdə Baş nazir Hun Senin rəhbərlik etdiyi hakim Kamboca Xalq Partiyası (KXP) inamlı qələbə qazanıb. Məlumata görə, VII çağırış parlamentin aşağı palatasındakı 125 yerdən 120-ni hakim KXP, Müstəqil, neytral, sülhsevər və əməkdaşlıq edən Kamboca Uğrunda Milli Cəbhə Partiyası isə 5 yer qazanıb.
Xatırladaq ki, Hun Sen 1952-ci il aprelin 4-də Kambocada anadan olub. 1985-ci ildən Kambocanın Baş naziri, hakim Xalq Partiyasının sədridir. Vətəndaş müharibəsi zamanı Qırmızı Kxmerlərin komandiri olub. Pol Pot rejimindən ayrılaraq Vyetnama yönəlik xətt tutub. Pol Pot rejiminə qarşı mübarizədə və ölkədəki vətəndaş müharibəsində fəal iştirak edib. Yeri gəlmişkən, o, bu ilin mart ayında hakimiyyəti varisinə verməyə hazır olduğunu bildirmişdi: "Mənə 93 yaşınadək yaşayacağımı deyiblər. Buna 22 il qalıb. Ancaq heç kim ölənə qədər hakimiyyətdə ola bilməz".
Onun oğlu Hun Manet 1977-ci il oktyabrın 20-də Kambocada anadan olub. Kambocanın siyasi və hərbi lideri, Kamboca Kral Silahlı Qüvvələrinin generalı və 2018-ci ildən Kamboca Kral Ordusunun komandiridir. O, Kambocanın Baş naziri Hun Senin böyük oğludur.//Report

Siyasi       Tarix: 26 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən son görüntülər son xabar son xeberler azerbaycan